30. Kütləvi kommunikasiya sistemi
Kütləvi kommunikasiya sistemi. Ümumi sxem. Sadə kommunikasiya modelini
Aristotel bilmişdir: S→ M→R. Burada S (sourse) – mənbə, M (message) –
məlumat, R (receiver) - əldə edəndir. Resipienti mənbə ilə əlaqələndirən əks əlaqə
sxemini də əlavə etsək demək olar ki, müasir model yaranır.
Ümumi şəkildə kütləvi kommunikasiya – öz aralarında, məlumatların gedib gəldiyi
fiziki kanalla (qəzet, radio, televiziya, kino, səs yazısı, video yazı, İnternet) birləşən
məlumat mənbəyi və onu əldə edəndən ibarət olan sistemdir. Lassuelin
əsərlərində bildirilirdi ki, kütləvi kommunikasiyanın tərifi ardıcıl suallar zəncirinə
verilən cavablara əsasən aydınlaşır: Kim danışır – nə bildirir – hansı kanalla – kimə
- hansı effektlə. Lassuelin sonrakı işlərində situasiya daha mürəkkəb formada
təqdim edilir. Onun təklif etdiyi “kommunikasiya” düsturunu nəzərdən keçirək:
kommunikator→məlumatın məzmunu→kommunikasiya vasitəsi→auditoriyanın
xarakteristikası→kommunikasiya nəticəsində auditoriyada dəyişiklik.
Kommunikator – kütləvi kommunikasiyanı təşkil və idarə edən orqandır (və ya
instansiya). Lakin təşkil etmə və idarə etmə onun yeganə funksiyasıdır. O daha
doğrusu, “xəbər verən” və ya “nəşr edən” funksiyası daşıyır. “Kommunikator”
anlayışı məlumatın gəldiyi “mənbə” anlayışı ilə yaxındır. Mənbə - kommunikasiya
siyasətini müəyyən edən, zəruri informasiyanı yığan, onu hazırlayan, məzmun və
son variantı müəyyən edən, “imzalayan” və onu “işıqlandırandır”. Beləliklə o, altı
əsas funksiyanı icra edir:
1) kommunikasiya siyasətinin müəyyən edilməsi və onun həyata keçməsinə
nəzarət etmək;
2) informasiyanın yığılması;
3) informasiyanın emal edilməsi;
4) “məlumatın” yaradılması, onun son məzmununun müəyyən edilməsi;
5) “məlumata” görə məsuliyyət daşımaq;
6) mövcud məlumatın işıqlandırılması (tiraj, efir).
Dostları ilə paylaş: