33. Psixoloji müharibə Psixoloji müharibə rəqibin düşüncə, hiss və hərəkətlərinə birbaşa və ya dolayı təsir etmək üçün
siyasi rəqiblərin psixoloji və s. vasitələrdən məqsədyönlü və planlı olaraq istifadə etməsidir.
Praktikada “psixoloji müharibə” termini çox zaman daha dar mənada istifadə edilir. O, qərb
dövlətlərinin sosialist ölkələrinə qarşı ideoloji aksiyalarının məcmusu kimi, dağıdıcı
antikommunist və antisovet təxribat kimi, ideoloji mübarizə metodu kimi şərh edilir.
Psixoloji müharibənin son məqsədi, kütlənin rəqibi dəstəkləməyə hazır olan şüur və əhvalını
ondan narazı olmağa qarşı çevirmək və destruktiv hərəkətlər etdirməkdir. Belə məqsədə çatma
müxtəlif formalarda təzahür edə bilər.
Psixoloji müharibənin ən geniş yayılmış vasitələri üç qrupa bölünür. Birinci, “psixoloji təzyiq”
vasitəsi, ikinci, şüura sezilmədən nüfuz etmək, üçüncü, məntiq qanunlarının gizli şəkildə
pozulması vasitəsi.
“Psixoloji təzyiq”. İlk öncə, müxtəlif avtoritetlərə istinad etməklə müşaiyət olunan eyni yalan
tezisin dəfələrlə təkrarlanması aiddir (sitatın təhrif olunmasından başlayaraq mövcud olmayan
mənbəyə istinad etməklə bitən). Bura obektivlik və dəqiqlik olduğunu göstərməkdən ötrü
rəqəm və faktlarla manipulyasiya etmək aiddir.
Şüura sezilmədən nüfuz etmək. Bu musiqi, əyləncəli teleproqramlar və kinofilmlər və həmçinin
dəb (xüsusən, siyasi simvol elementi olan geyimlərlə, məişət, turizm, istirahət və s.
predmetlərlə) vasitəsilə, öz həyat tərzini reklam etmək (gözəl və qayğısız olduğunu), arzuolunan
(adətən şəxsi) siyasi dəyərləri və öz kütləvi mədəniyyət dəyərlərini yaymaqdır. Bura siyasi
rəqibin rəsmi təbliğatının alternativi qismində şaiyə və xəbərlərin kütləvi yayılması aiddir.
Məntiq qanunlarının gizli şəkildə pozulması. Belə vasitələrə tezisin dəyişdirilməsi, yalan
analogiya, kifayət qədər əsas olmadan nəticə çıxarmaq, səbəbi nəticə ilə dəyişdirmək, və s.
aiddir. Belə vasitələrin istifadə olunduğu psixoloji müharibə cəmiyyətin az maarifli təbəqəsinə
qarşı daha effektivdir.
Psixoloji müharibə özündə birləşdirir: təbliğat aparılmasını, o cümlədən, anonim, yaxud məxfi
surətdə maddi yardım edilmiş nəşrlərdən istifadə etməklə, vətəndaşlığı olmayan simaların,
xəyanətkarların cəlb olunması ilə gedən siyasi hərəkatlar və müxalif siyasi partiyaların dəstəyi.
Real siyasət uzun müddətdir ki, ondan işdə istifadə edir, lakin bu barədə heç də həmişə özünə
hesabat vermir.
Psixoloji müharibənin növləri:
1. Strateji məqsədli psixoloji müharibə
2. Taktiki psixoloji müharibə (müəyyən bir hədəf seçilir o hədəfə
istiqamətlənmiş qrup yaradılır)
3. Mühafizəedici psixoloji müharibə
4. Təxribat xarakterli psixoloji müharibə
Təbliğatın Aşağıdakı növləri var:
1. Ağ təbliğat, 2. Boz təbliğat, 3. Qara təbliğat, 4. Silahlı təbliğat, 5. Əks təbliğat.
1 Açıq şəkildə edilən təbliğatdır. Açıq və şəffafdır. Bu zaman dəqiq informasiyaya üstünlük
verilir..
2. Boz təbliğatda mənbə bəlli deyil. Dəqiqliyi isbat edilə bilməz. Yalan və böhtan olduğu da
dəqiq deyil. Bu zaman əsas məqsəd qarşı tərəfi çıxılmaz vəziyyətdə saxlamaqdır.
3 Qara propoqandanın mənbəyi bəllidir. Amma başqa mənbədən çıxış kimi göstərilir. Qara
təxribatın əsas metodu hiylə, intriqa, yalan, böhtan, saxta dəlil sərbəstdir. Həqiqəti dəyişdirmək,
ictimai qarışdırmaq məqsədi güdür. 4 Silahlı təbliğat terror təşkilatının istifadə etdiyi bir
metoddur. Xalqı və dövləti bezikdirmək məqsədi daşıyır.