Passiv-pozitiv tip itaətkar və xaricə yönəlmiş xarakterə malikdir. Bu prezident barışığa və
kooperasiyaya mükafat qismində məhəbbət axtarışı ilə məşğuldur. Aşağı
özünüqiymətləndirmə
və zahiri optimizm arasındakı ziddiyyət kifayət qədər aşkar görünür. Belə xarakter həyata
keçirilən siyasətin kəskinliyini yumşaltmağa kömək edir və ətrafdakıların dəstəyindən asılılıq çox
zaman onun özünün siyasətdəki ümidsizliyinə səbəb olur.
Passiv-neqativ tip nə effektiv fəaliyyət nə də ondan xüsusi həzz alma ilə fərqlənmir.
Borc və
məsuliyyət hissi onun aşağı özünüqiymətləndirməsini kompensasiya edir və onun siyasətdə
olmasına təkan verir. Bu tip, müxtəlif qeyri- siyasi rollara yaxşı adaptasiya oluna bilər.Lakin bu
tip prezidentlərdə effektiv siyasi lider olmaq üçün nə məharət nə də təcrübə yoxdur. Onlara
adətən konflikt və qeyri- müəyyənlikdən qaçmaq, uzaqlaşmaq xasdır.
Dostları ilə paylaş: