21. Rus alimlərinin tipologiyası Koblyanskaya və Labkovskaya liderlik stilini müəyyənləşdirərkən klinik-psixoloji və psixiatrik
terminlədən istifadə etmişlər.Siyasi xadimin üslubunun 5 parametrini müəyyən
etmişlər.1.Temperament və xarakter 2.Koqnitiv proseslər 3.İdarəetməyə yanaşma 4.Liderliyin
şəxsi modeli 5.Seçicilərlə ünsiyyət Müəyyən edilmişdir ki,bu parametrlərin hər biri xarakterik
təzahürlərin cəmidir.Bunların əsasında 5 belə üslub fərqləndirilmişdir.
Paranoidal üslub.Belə liderin şəxsi profilində şühbəlik,başqalarına inamsızlıq,gizli hədı və
motivlərə yüksək həssaslıq xarakterikdir.Koqnitiv səviyyədə şəxsi fikirlərinə uyğun gəlməyən
fikirlərin rədd edilməsi,şəxsi yönəliş və əqidısini təsdiq etməyən informasiyadan qaçmaq
xarakterikdirSiyasi təfəkkürü “biz” və ya “onlar”prinsipinə görə qurulmuşdur.Digər siyasətçilərlə
ünsiyyətdə mahir manipulyatordular.Belə üslubda tez-tez digər siyasətçiləri əzmək və alçatmaq
meyli ilə xarakterizə olunur.
Nümayişkar üslub.Şəxsi profilinin obrazlı işarəsi “artist”dir. Nümayişkarlığa
meyllidir.Başqalarının diqqətini daima ehtiraslı arzularla cəlb edir.Özünüqiymətləndirmə onun
başqaları tərəfindən nə qədər sevilməyindən və qəbul edilməyindən asılıdır.Təlqin etmə
qabiliyyəti onun idarə etmə fəaliyyətinə təsir göstərir.Onun tərəfinə təriflər,tənqidlər onu çox
həssas edə bilər.Artistin koqnitiv xüsusiyyələri onun konstruktiv qanun yaradıcılığı fəaliyyətinə
uyğun gəlmir.Belə tipin nümayəndələri fikirlərini və diqqətlərini faktlara və detallara
yönəldirlər.Konkret problemin üzərinə yönəlmək çox çətindir.Başqa siyasətçilərlə unsiyyətdə
özlərini “alverci”kimi aparırlar.
Kompulisiv stil.Şəxsi profili qarşıya qoyulmuş məsələlərdən asılı olmayaraq hər şeyi ən yaxşı və
vaxtında etməyə yönəlib.Buradan da davranışin çatışmamazlığı özünü büruzə verir.Çox çətinliklə
özlərinə istirahət verir,dəqiq və xırdaçıdır.Onlar planla işləyir və fəaliyyətlərini planla
qururlar.İşgüzar siyasətçi və dövlət xadimi ola bilərlər.Buraxılmış səhv və ya qarşıya qoyulmuş
məsələnin səhv həlli onları depresiyaya salır və qorxu hissi yaradır.
Depressiv üslub.Bu tip siyasətçilər adətən uğursuzluqdan sığortalanmaq və kömək əldə etmək
üşün başqa siyasətçilərə qoşulurlar.Ən dəqiq adı “həmkar”dır.Ayrı-ayrı liderləri
ideallaşdırırlar.Onların fikirləri pessimistdir
.Şizoid üslub.Onlarda özünü kənara çəkmə,konkret hadisələrdə iştirakdan qaçma,özünü azad
hiss etmə xarakterikdir.Belə liderlərin başqa siyasətçilərə qoşulmaq istəkləri belə yoxdur.Onlar
kənardan müşahidəçidirlər.Şəxsi profili üçün ən yaxşı təyin “tənha”insandır.