1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Kütləvi kommunikasiya vasitələri və effektləri



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə25/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   21   22   23   24   25   26   27   28   ...   36
psixologiya

31. Kütləvi kommunikasiya vasitələri və effektləri 
Auditoriya. Kütləvi kommunikasiyanın auditoriyası hələ də əksəriyyət tərəfindən passiv, iradəsiz 
və loyal məhsul kimi qəbul edilir. Yalnız kommunikatorun aktiv olduğu, auditoriyanın isə passiv 
obyekt kimi çıxış etdiyi belə subyekt-obyekt yanaşması kütləvi kommunikasiyada olan 
manipulyativ istiqaməti əks etdirir.. Son onilliklərdə situasiya dəyişilmişdir. Subyekt-obyekt 
sxeminin effektivliyi azalmağa başlamışdır. Bu fonda subyekt-subyekt yanaşması inkişaf edir.


Kommunikativ məlumat. Bizim dilimizdəki “məlumat” sözü, ingilis sözü “message”-nin 
tərcüməsi olsa da onu tamlıqla əks etdirmir (o yalnız nə haqqındasa informasiya verən məlumat 
olmayıb, nəsə doğuran, nəyə isə çağıran “göndəriş”dir). Ən sadə anlamda bu baş verən hadisə 
haqqında informasiyanın verilməsidir
Radio. Onun üstünlüyü – maksimal operativliyi və həmçinin məlumatın formalaşma və 
yayılmasının texniki cəhətdən sadə olmasıdır. Onun əsas üstünlüyü sürətliliyidir (öz məlumatını 
auditoriyasına tez bir anda çatdırma imkanı). Çatışmazlığı isə bundan ibarətdir ki, məlumat 
eşitməklə qəbul edilir. Deməli çoxlu sayda faktlar, detallar, rəqəmlər qavramanı çətinləşdirir.
Televiziya. Onun başlıca üstünlüyü, adından məlumdur. Belə ki, o, aşkar “mənzərəyə” malikdir. 
Məhz bu, televizion təsirə heç nə ilə müqayisəyə gəlməyəcək emosional qüvvə verir. Görmə və 
eşitmə obrazlarına malik olmaqla, hadisələri dinamikada göstərməklə televiziya bütün kütləvi 
kommunikasiya sistemində ən yoluxdurucu vasitədir.
Mətbuat. Qəzet operativlik cəhətdən televiziyadan da arxa planda qalır. Adətən, radio birinci 
olaraq, ən qısa formada da olsa baş vermiş hadisə haqqında məlumat verir. Bir qədər keçdikdən 
sonra televiziya bunun necə baş verdiyini nümayiş etdirir. Yalnız sonrakı gün, bəlkə də bir az 
gec, oxucu məhz niyə tamamilə başqa birinin deyil, bunun baş verdiyini aydınlaşdıran 
kommentləri oxuyacağı qəzeti alır.
Əks əlaqə. Kütləvi kommunikasiyanın effektivliyini mənbə ilə auditoriya arasında sabit “əks 
əlaqə” olmadan qiymətləndirmək olmaz. Kommunikator əgər təxribatçıdırsa kütləvi 
kommunikasiyanı “kor-koranə” qura bilməz. o mütləq auditoriyasını tanımalıdır, auditoriya 
nümayəndələrinin tipik psixi keyfiyyətləri, qavrayış, təfəkkür, emosiya, stereotip, yönəlişlik, 
dəyərlərinin və s. xüsusiyyətləri haqqında məlumatlı olmalıdır. Əks əlaqə 4 suala cavab 
verməlidir: 1) auditoriyanı kimlər təşkil edir (kəmiyyət portreti)?; 2) auditoriya üzvləri necədirlər 
(psixoloji məzmunlu portret)?; 3) onlar nə istəyirlər (ehtiyac və tələbatların xüsusiyyətləri)?; 4) 
onlar verilənlərdən nə dərəcədə razıdırlar (təminolunma dərəcəsi və mənbəyə olan inam)? 
Kütləvi kommunikasiya effektləri. “Oreol effekti”. Bəzən onu “nur haləsi effekti” də 
adlandırırlar. Bildiyimiz kimi, nur haləsi Allah və onun apostollarının, müqəddəslərin başında 
olur. Adətən müasir kütəvi kommunikasiyada “oreol effekti” adı altında teleekranın fərqləndiyi 
və çox zaman teleekranda “parıladayan” şəxslərə ötürülən “mavi işıqlanma” anlaşılır. Ənənəvi 
sosial psixologiyada “oreol effekti” adı altında konkret şəxsin nüfuz və populyarlığının 
yayımlanması və ya onların tərəfdar və ardıcıllarına olan hər hansı ümumiləşmiş simvolun 
yayımlanması başa düşülür. Gündəlik həyatdan məlumdur ki, teleekranda tez-tez görünməklə 
zahirən tanınan insan sadə insanlar tərəfindən “rəis” kimi qavranılır. Bu ona görə belədir ki, 
kütləvi kommunikasiya yalnız kəmiyyət deyil, həm də keyfiyyət baxımından həqiqətən də 
kütləvidir. Və teleekrandan kütlə ilə əlaqəsi olan hər bir şəxs dərkolunmadan bu müasir mavi 
rəngli səcdəgahın yeni kahininə çevrilir. Təkrarlamaq mənasızdır ki, deputat və prezidentləri 
insanlar seçmir. Onları ilk öncə televiziya seçir. Bundan sonra “seçilmişlər”də “mavi qartal 
effekti” yaranır.
“Bumeranq effekti”. Əvvəlki nümunə “televiziya hökmranlığının” mexanizmlərinə aid idi. İndi isə 
onun əlaqədə olduğu insanlara qarşı gücsüzlüyünü və hətta neqativ rolunu nəzərdən keçirək. O 
“bumeranq effekti” adlanır. Öz işini görən bumeranq onu atan bacarıqlı əllərə qayıdır. Düzgün 
istifadə edilmədikdə isə, bumeranq qəfil olaraq və düzgün olmayan trayektoriyaya qayıdır. 
“Bumeranq effekti” pis təxribatın disfunksional effekti kimi nəzərdən keçirilir. İnsana həddən 
artıq informasiya verilməsi ilə bağlı olan çoxsaylı faktlar məlumdur. Bu həddin aşılması neqativ 


nəticələr verir. Məsələnin mahiyyəti aydındır. İnsan hətta ən dadlı qidadan belə çox yedikdə 
bezə bilər. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin