1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Kütləvi kommunikasiyanın sosial və psixoloji funksiyaları



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
psixologiya

 
32. Kütləvi kommunikasiyanın sosial və psixoloji funksiyaları 
Kütləvi kommunikasiyanın sosial funksiyaları. Araşdırmalar kütləvi kommunikasiyanın 
sosial planda 5 əsas funksiyasının olduğunu deməyə imkan verir. 
İnformasiya funksiyası – kütləvi kommunikasiyanın əsas bilavasitə vasitəsidir. Bir çox 
tədqiqat işlərində, eləcə də praktikada “kütləvi informasiya” anlayışının sinonim 
qismində işlənməsi təsadüfi deyildir. Lakin bu yeganə funksiya deyil. 
Sosiallaşdıran funksiya (və ya tərbiyə funksiyası) kommunikasiya prosesi vasitəsilə 
auditoriyanın sosial-siyasi yönəlişliklərinin, dəyərlərinin, sərvət meyllərinin intensivlik və 
istiqamətinin formalaşdırılması və ya dəyişdirilməsi ilə əlaqədardır. Bu norma, dəyər və 
davranış obrazlarının öyrədilməsidir. 
Təşkilati-davranış funksiyası auditoriyanın hər hansı fəaliyyətinin dayandırılması və ya 
əksinə, hansısa fəaliyyətə təhrik edilməsi ilə, həmçinin onun konkret hərəkət və ya 
bütünlükdə fəaliyyətinin dəyişdirilməsi ilə əlaqədardır. 
Emosional-tonuslaşdırıcı funksiya. Kütləvi kommunikasiya optimizm və ya əksinə kədər 
oyadır. O auditoriyanın emosional reaksiyalarını stimullaşdıraraq onun müəyyən 
emosional səviyyəsini yaradır və saxlayır. 
Kommunikativ funksiya, bir tərəfdən müxtəlif fərdlər və ya auditoriyanın ayrı- ayrı-ayrı 
hissələri arasında əlaqələrin gücləndirilməsi, saxlanması və ya əksinə zəifləməsi ilə 
əlaqədardır. Digər tərəfdən o kommunikatoru auditorya ilə bağlayır. 
Kütləvi kommunikasiyanın psixoloji funksiyaları. Psixoloji nöqteyi nəzərdən mənzərə bir 
qədər fərqli görünür. Burada da beş funksiya var. 
Kütləvi psixologiyanın formalaşdırılması funksiyası və kütlə sosial-siyasi təsir subyekti 
kimi kütləvi kommunikasiya üçün strateji hesab edilir. Bu onun məhz hansı formalarda 
həyata keçəcəyindən asılı deyil. Qalan funksiyalar əsas məsələnin həllində alət rolunu 
oynayırlar. 
İnteqrativ-kommunikasion funksiya auditoriyanın ümumi emosional-psixoloji tonusunun 
yaradılması ilə əlaqədardır. 
İnformasiya funksiyası auditoriyanı müəyyən informasiya yığını ilə təmin edir, onun 
qavrayışında yeganə koordinat sistemi yaradır. 
Sosiallaşdırıcı-tərbiyələndirici funksiya vahid yönəlişlik, dəyər və sərvət meyllərini 
formalaşdırır. 
Davranışın təşkili funksiyası təşkil olunmuş kütlənin hərəkətlərini müəyyən istiqamətə 
stimullaşdırır. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin