1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə29/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   25   26   27   28   29   30   31   32   ...   36
psixologiya

35. Siyasi reklam
36. növü və strukturu 
Siyasi reklam – “siyasi partiyaların, dövlət hakimiyyəti orqanlarının, dövlət və ictimai 
təşkilatların və siyasi fəaliyyətdə iştirak edən ayrı-ayrı fərdlərin fəaliyyətlərinin, ideyalarının, 
proqramlarının və münasibətlərinin hansısa təşkilatlara, vətəndaşlara, ideyalara olan 
reklamıdır”. Siyasi reklam – reklam olunan şəxsin siyasi məqsədlərinə müvafiq olaraq, insanların 
şüur və davranışlarını dəyişməyə istiqamətlənmiş siyasi kommunikasiyalar sistemir. 
İlk dəfə siyasi reklam Qədim Yunanıstan quldar demokratiyasında yaranmışdır. Burada xalq 
yığıncaqlarında məsul dövlət postlarına açıq şəkildə seçilirdilər. O zaman siyasi reklam 
iddiaçıların özləri və tərəfdarlar tərəfindən şifahi formada aparılırdı: zənginlik,mənşə və ağıl 
reklam edilirdi. Qədim Romada isə yazılı reklam lozunqlarından istifadə edilirdi. Sonra isə 
reklam, XX əsrdə siyasətə qayıdanadək, ticarətdə istifadə olunmağa başladı. 
Kommersiya reklamından fərqli olaraq siyasi reklam, vaxtla məhdudlaşan konkret nəticəyə 
istiqamətlənir. O siyasi rəqiblərin qarşıdurması şəraitində həyata keçir. Belə reklam dəqiq qeyd 
olunmuş məhdudiyyətlərə, o cümlədən maliyyə məhdudiyyətlərinə malikdir. O elektoratla 
operativ əlaqələr sisteminə istiqamətlənmişdir. Siyasi reklamın strukturuna aşağıdakılar aiddir: 
1) siyasi reklamın subyekti ( partiya, siyasi hərəkatlara iddiaçılar);
2) siyasi reklamın obyekti (seçicilər və ya seçici qrupları); 
3) siyasi reklamın predmeti (siyasi platformalar, seçkiqabağı proqramlar, liderlərin şəxsiyyəti); 
4) siyasi reklamın məqsədləri (hakimiyyətə gəlmək, ictimai rəyin formalaşdırılması və s.) 
5) siyasi reklam vasitələri (KİV-də veriliş və nəşrlər, birbaşa müraciət, seçicilərlə görüş
teledebatlar, kütləvi aksiyalar, plakatlar, vərəqələr, reklam klipləri və s.) 
Siyasi reklamın növləri: 
Televiziya reklamı. Son illər siyasi dərkin psixologiyasında kapital dəyişikliklər baş vermişdir: 
insanlar informasiyanın hazırlanmasında öz cəhdlərinə qənaət etməyə başlamışlar, əhəmiyyətli 
intellektual cəhdin tələb olunmadığı faktlar effektiv olaraq qavranılır. Yalnız 5% əhali 10 
dəqiqədən artıq çəkən siyasi telesüjetləri tam olaraq izləmək iqtidarındadırlar.1/4-i belə 
süjetlərə fraqmentar olaraq baxırlar. Demək olar ki, 70% belə proqramlardan imtina edir. 
Televiziya reklamına başlıca tələblər bunlardır: qısamüddətlilik, müxtəliflik, emosional 
dolğunluq. 
Radioreklam. Adətən radioda siyasi reklam, seçkiqabağı kampaniyaların bir hissəsidir. Bu 
radiokliplər namizədin audioobrazını yaradırlar. Siyasi partiya və hərəkatların audioobrazının 
yaradılmasına cəhd edilir. 
Mətbuat reklamı. Mətbuat reklamında ən başlıca məqam qrafika və şriftdir. Mətbuat reklamı da 
müvafiq olaraq, identifikasiyaedici, arqumentli, neqativ (kontr-təxribat) və zərbə- səfərbəredici 
növlərə ayrılır.


Antireklam. Bu siyasi reklamda xüsusi elementdir. Antireklam hər zaman əsas siyasi rəqibin 
əleyhinə və ya dərhal bütün real rəqiblərin ziddinə istiqamətlənir (qeyri-reallara vaxt itirməyə 
dəyməz). O müxtəlif formalarda ola bilər – yadda qalan lətifə-situasiyalardan, karikaturalardan 
açıq “düşmən obraz”ının yaradılmasına qədər. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin