1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Kütləvi panika və aqressiya



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə22/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   18   19   20   21   22   23   24   25   ...   36
psixologiya

27. Kütləvi panika və aqressiya 
Izdiham davranışının ən məşhur və siyasi vacib növlərindən biri panikadır(ya hansısa qorxulu və 
ya anlaşılmaz situasiya haqqında informasiya çatışmazlığı sayəsində yaranan, ya da hədsiz 
informasiya çoxluğu sayəsində yaranan emosional vəziyyət). Panika əsasında spesifik davranışlı 
panik izdiham yaranır. 
Panikanın yaranma şərtlərinə dörd qrup amil aiddir: 
Situasion şərtlər. Kütləvi panik əhval və hərəkətlər mövcud situasiya gərginləşdikdə daha da 
inkişaf edir. İnsanlar hansısa hadisəni gözlədikdə hər növ qorxulu informasiyaya qarşı həssas 
olurlar. 
Fizioloji şərtlər. Yorğunluq, aclıq, alkoqol və narkotik sərxoşluq, xroniki yuxusuzluq və s. insanları 
yalnız fiziki deyil, həm də psixi cəhətdən zəiflədir. Bu amillər vəziyyəti düzgün və sürətlə 
qiymətləndirmək qabiliyyətini azaldır. İnsanlar 


emosional yoluxmağa qarşı daha həssas olurlar. Bunun sayəsində kütləvi panikanın yaranma 
ehtimalı artır. 
Psixoloji şərt. Bura qorxulu hadisənin gözlənilməzliyi, güclü psixi oyanma, ifrat təəccüb, vahimə 
və s. aiddir. Bir qayda olaraq, bu amillər, mümkün təhlükə və ona qarşı mümkün təsir vasitələri 
haqqında qabaqcadan kifayət qədər informasiya olmaması ilə bağlıdır. 
İdeoloji və siyasi-psixoloji şərt. Bu qrup amillərə insanların ümumi məqsədləri dəqiq 
dərketməmələri, effektiv liderin olmaması, idarəetmənin zəif olması, birliyin bir qayda olaraq 
yekdil olmaması aiddir. 
Kütləvi aqresiyanın ekspressiv, impulsiv, affektiv, ədavətli və instrumental növlərini 
fərqləndirirlər: 
Ekspressiv aqresiya – bu vahiməli-aqressiv davranış olub, başlıca məqsədi öz potensial aqressiv 
niyyətini, rəqiblərini qorxutmağı təzahür etdirməkdir. Bu heç də həmişə və mütləq surətdə 
dağıdıcı əməllərdə təzahür etmir. Ekspressiv aqresiyaya klassik nümunələr - ənənəvi rəqslər, 
hərbi və idman nümayişləri, müxtəlif növ kütləvi yürüşlər, zamanında alman faşistlərinin istifadə 
etdikləri gecə məşəl nümayişləri. 
İmpulsiv aqresiya – ani təsir edən hansısa amil sayəsində yaranan və çox tez keçib gedən 
aqressiv davranış. 
Affektiv aqresiya – demək olar ki, tamamilə hərəki komponentdən məhrum emosional 
fenomen. Affektiv aqresiya daha çox təəssüratyaradıcı olsa da siyasi nöqteyi-nəzərdən bir qayda 
olaraq ən mənasız aqresiya növüdür. 
Ədavətli aqresiya, məqsədyönlü-dərkolunmuş şəkildə digərinə zərər vurmaq niyyəti ilə 
xarakterizə olunur. 
İnstrumental aqresiya subyektin hərəkət məqsədinin emosional cəhətdən neytral olması ilə 
fərqlənir. Burada zahirən nümayiş etdirilən aqresiya – alət, məqsədə nail olma vasitələrindən 
biri kimi çıxış edir. 
Aydındır ki, axırıncı iki növ aqresiya, təşkil olunmuş davranış formalarına aid edilir. Onlar 
kortəbii deyil, daha çox dərk olunmuş xarakter daşıyırlar. Lakin zahirən onların hər ikisi 
izdihamın kortəbii davranışı altında maskalana bilərlər (onları idarə edən qüvvələrin vəzifələrinə 
tabe olaraq). 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin