1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Kortəbii davranışın psixologiyası



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə21/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   17   18   19   20   21   22   23   24   ...   36
psixologiya

26. Kortəbii davranışın psixologiyası 
Kortəbii davranışın baza mexanizmlərinə aiddir: qeyri-ixtiyari şəkildə toplaşmış birliklərdə (kütlə) 
qarşılıqlı yoluxma, təlqin və fərdlərin bir-birini kütləvi təqlid etməsi. Bu üç mexanizmin birgə 
fəaliyyəti ilk öncə ayrı-ayrı fərdlərin “həyəcanlılığını”, sonra isə bütün birliyin “həyəcanlılığını” 
təmin edir. Bu isə kütləvi kortəbii davranışı şərtləndirir. 
İdarə olunmaz davranışa meylli birliklərdə insanlarda nə baş verdiyini konkret şəkildə izah 
etmək üçün adətən “sirkulyar reaksiya” və “emosional fırlanma” ifadələrindən istifadə edilir. 
“Sirkulyar (dairəvi) reaksiya”– ümumi mexanizmin fəaliyyətinin birinci mərhələsi. Məişət 
nümunəsindən istifadə etməklə izah edək. Siz gözlənilmədən otağa daxil olsanız və burada 


hamının ucadan güldüyünün şahidi olsanız, siz bir qayda olaraq ümumi şən əhvali-ruhiyyənin 
təsiri altına düşəcəksiniz, baxmayaraq ki, gülüşün səbəbləri sizə məlum deyil. Siz sanki zarafatı 
eşitmiş və başa düşmüş kimi güləcəksiniz. Sizin gülüşünüzün səbəbi şənlənən adamlar 
tərəfindən edilən emosional stimulyasiyadır. Bu şüursuz, psixofiziki səviyyədə həyata keçir. Psixi 
yoluxma və təqlid fenomeni təsir göstərir. Siz yad gülüşlə yoluxursunuz və gülən insanları qeyri-
şüuri şəkildə təqlid etməyə başlayırsınız. Lakin hadisə bununla bitmir. Ən maraqlısı ondan 
ibarətdir ki, sizin qəhqəhəniz onların onların gülüşünün sönməsi ilə üst-üstə düşür və bu da 
onların yeni gülüş dalğasını yaradır. Sizin təqlidiniz yeni yoluxdurucu impuls mənbəyi olur. Artıq 
digər insanlar sizin, qeyri-adekvat hesab etdikləri reaksiyanıza gülürlər. Bunu eşitməklə siz də öz 
növbənizdə gülməyə başlayırsınız. Beləliklə təqlid və yoluxma bir-birini əvəz edir. 
Bu “sirkulyar reaksiya”ya sadə nümunədir. Digər insanların emosiyaları adətən dairəvi olaraq 
sizə qayıdır. Bu birliyin ilk emosional mərhələsidir. Tədricən bu və ya digər emosiya güclənərək 
müəyyən zaman ərzində sirkulyasiya edə bilər. Təbii ki, sirkulyasiya prosesi kəsilə bilər və bu 
zaman emosiya tədricən yox olur. Lakin birliyə yeni adamlar qoşulduqda o da hər dəfə yenidən 
canlanır.
“Emosional fırlanma” – birlikdəki psixofiziki vəziyyətin inkişafında ikinci mərhələdir. Sirkulyar 
reaksiya nəticəsində müəyyən intensivliyə çatmaqla emosiya özünü kifayət qədər yüksək 
səviyyədə saxlamağa cəhd edir.
“Sirkulyar reaksiya” fərdi fərqlərin situativ yox olmasına gətirib çıxarır. Fərdlərdən hər birinin 
davranışı və emosional vəziyyəti artıq daha çox onların şəraiti rasional olaraq interpretasiya 
etmələrinə əsasən deyil, ətrafdakıların emosiya və davranışlarına əsasən müəyyən edilir. 
Emosiyanın saxlanması və inkişafı qeyri- ixtiyari olaraq bu vəziyyətə yoluxan yeni fərdlərin 
təzahüründən asılıdır. 
“Emosional fırlanma” birliyin özünühifz etməsinə xidmət edir. Hətta yoluxucu- təqlidedici 
gülüşdən gətirilən sadə nümunə göstərə bilər ki, bəzi stimullara eyni şəkildə şüursuz reaksiya 
verən mövcud insanlar birliyi necə eyninövlü amorf kütləyə çevrilir. Ardınca hətta lətifə 
danışmaq istədiyini bildirdikdə belə, nəticə aydındır, hamı qəhqəhə çəkir, yəni “emosional 
fırlanma” özünü göstərir. Mövcud birliyə daxil olan insanların fərdi şüurundakı dəyişikliklər 
çoxalır. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin