1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Kütlələrin siyasətdə psixoloji xüsusiyyətləri



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   15   16   17   18   19   20   21   22   ...   36
psixologiya

24. Kütlələrin siyasətdə psixoloji xüsusiyyətləri 
Kütlə davranışında psixoloji baxımdan fərddə aşağıdakı dəyişikliklərin baş verməsi mümkündür: 
1.Şüurlu mənliyin itməsi; 
2.Şüuraltı ilə hərəkət edən mənliyin hakimiyyəti
3. Fikirlərin, hisslərin sirayət yolu ilə yönləndirilməsi; 4.Təlqin edilən fikirlərin tətbiqinə həmin 
anda hazır olmaq. 
Nəzərə almaq lazımdır ki, çox hallarda kütləvi aksiyaların əsas qüvvəsinin gənclər olduğu heç 
kimə sirr deyildir. Bunun əsas səbəbi onların daha enerjili və 
daha tez təsir altına düşə bilmələridir. 
Kütənin siyasətdə oynadığı rol o qorxunc olarkən nəzərə çarpır. Bu isə qrupdaxili əlaqələr və 
qruplararası sərhədlər pozulduqda ,cəmiyyətdə sarsıntılı proseslər nəticəsində baş verir.Bu cür 
hadisələr müharibələr, siyasi çevrişlər.böyük maştablı sosial islahatlar zamanı baş verir.Kütlə 
termini xvıı-xıx əsrdə meydana gəlmiş və formalaşmışdı. 
Kütləvi şüurun strukturunda birinci (emosional-təsirli) və ikinci (rasional) səviyyə ayırd edilir. 
Emosional-təsirli səviyyə - kütləvi şüurun əsasıdır. Kütləvi şüurun əsasında adətən ümumi təlaş 
yaradan hansısa sosial-siyasi problemin emosional təəssüratları durur. Bu müharibə, inqilab, 
böyük miqyaslı iqtisadi krizis və s. ola bilər. Problemlə bağlı ifrat dərəcəli təəssüratlar kütləvi 
şüurun sistem yaradıcı amili kimi çıxış edir. Belə təəssürat güclü emosiya və hislər yaradaraq 
həyatın bütün digər adəti qaydalarının – qrup normaları, dəyərləri və davranış nümunələrinin 
qarşısını alır. O bu səbəbdən də kütləvi şüurun emosional-hissi əsası (bəzən “nüvəsi”) hesab 
edilir. Məsələn, müharibə başladıqda bir qisim insanlarda (mövcud kütləni formalaşdıran) 
anomiya, adəti davranış formalarının dərk edilməsində pozuntular yaranır. 
Rasional səviyyə, təməl olan emosional-təsirli səviyyə əsasında tədricən yaranır. O müxtəlif 
komponentləri – hər şeydən öncə, ümumi bilikləri, kütləvi müzakirə olunan sosial-siyasi 
informasiyaları ehtiva edir. Kütləvi şüurun rasional səviyyəsi öz psixoloji tərkibinə görə özündə 
daha sabit və daha dinamik (kütləvi fikir və əhval) komponentləri birləşdirir. Rasional səviyyə 
daxilində üç əsas bloku fərqləndirirlər.
Birincisi, insanların sosial-siyasi gözləmələri və gözləmələrin reallaşdırılması məqsədi ilə ictimai 
sistemə təsir etmək imkanlarını qiymətləndirmə bloku.
İkincisi, insanların tez dəyişən fikir və xüsusən də əhvalları - hər şeydən öncə, mövcud vəziyyət, 
hakimiyyət, liderlər, konkret sosial-siyasi aksiyalar və s. qiymətləndirilməsi ilə əlaqədar blok. 
Üçüncü, kifayət qədər dərk olunan siyasi-ideoloji seçimin (məsələn, ədalət, demokratiya
bərabərlik, sabitlik, nizam dəyərləri vəs. və ya bunlara zidd olan dəyərlər) əsasında sosial-siyasi 
dəyərlər blokunu ayırd edirlər. Bu dəyərlər kütləvi şüurun baş verənlərə yekun münasibətini 
müəyyən edir. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin