qabillik.B.Makarenko vətəndaşlar üçün cazibədar olan keyfiyyətləri müəyyənləşdirərək “ideal
liderin” aşağıdakı təsvirini təklif edir: təcrübəli
siyasətçi; kompromislərə hazır; praktik iş və
həlledici addımlara tərəfdar olma; təmkinli, sakit.
Cazibədar şəxsi xarakteristikalar (yuxarıda əsaslandırılmış nəzəri model konteksində) problemini
bir qədər fərqli şəkildə də formulə etmək olar. Makarenkonun təsvir etdiyi cəhətlər ola bilər ki,
ideal lider portretinə daxildir, lakin siyasi xadimə çox az uyğundur.
Hər bir halda sadalanan
keyfiyyətlərə müəyyən qədər ehtiyatla yanaşmaq lazımdır. Hər şeydən öncə real siyasətçilərin
müsbət olduğu kimi, mənfi keyfiyyətlərinin də olması nəzərə alınmalıdır.
Əslində cazibədar olan
keyfiyyətlər cazibədar olmayan keyfiyyətlərlə qarışıq şəkildədir.
Digər başlıca məqam odur ki, rasional cazibədarlıq qiymətləri hər bir lider üçün spesifik olan
keyfiyyətlərdən ibarətdir. Belə ki, onlardan biri – “ağıllı”, digəri – “təcrübəli”, üçüncüsü – “sərt”
və s.
Dostları ilə paylaş: