siyasi reform situasiyalarında, hakimiyyət, rejim və ya bütünlükdə sosial-siyasi sistem
dəyişkənliyi zamanı xüsusilə yayılırlar. Belə situasiyalarda qorxuducu şaiyələrin mənbəyi
qismində məhdud süjetlər dəsti yaranır. Onlardan bəziləri mədəni, dini və ya milli ənənələrdən
asılı olaraq şəkillərini dəyişirlər, lakin əksəriyyət demək olar ki, dəyişməz olaraq qalır. Qida
məhsullarının qiymətinin artması, onların olmaması və yaxında aclıq olacağı ilə əlaqədar “şaiyə-
qorxular”a daha çox rast gəlinir.
“Aqressiv şaiyə” – sadəcə olaraq auditoriyanın arzuolunmaz gözləntilərini əks etdirən neqativ
əhval və halət yaratmayıb, konkret olaraq aqressiv emosional vəziyyətin və kobud aqressiv
davranış “cavabının” stimullaşdırılmasına istiqamətlənir. Bu növ şaiyələr sosial qruplararası,
etnoslararası və millətlərarası konfliktlərlə əlaqədar kəskin qarşıdurma situasiyalarında
yaranırlar.
Aqressiv şaiyə şaiyə-qorxunun davamıdır. Onların süjetlərinin əsasında aqressiv enerji durur.
Aqressiv şaiyələrin əsas funksiyası yalnız qorxutmaq deyil, aqressiv hərəkətlərə təhrik etməkdir.
Bu şaiyələr “şaiyə-arzu” və “şaiyə-qorxu”
kimi nəql edilərək deyil, rabitəsiz olaraq yayılırlar. Qısa frazalar konkret, “qisas doğuran” faktlar
haqqında xəbər verirlər. Onlar daha güclü emosional-mənfi enerji daşımaqla affektiv “biz”
(“normal adamlar”) birliyini “onlar” (“vəhşi-qeyri adamlar”) birliyinə qarşı formalaşdırırlar. Belə
şaiyələr cavab aqresiyası tələb edirlər.
Dostları ilə paylaş: