Mövzu: 10 ”YENIDƏNQURMA” VƏ”AŞKARLİQ” SİYASƏTİNİN İFLASA UĞRAMASI.
ERMƏNİSTAN-AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN BAŞLANMASI.
XALQ HƏRƏKATI.
Plan.
1.İmperiyanı qoruyub saxlamaq cəhdi.Sonuncu nəfəs.
2.Xalq hərakatı.
3.Qan yaddaşımız.Qürur yerimiz.20-Yanvar faciəsi
80-ci illərin ortalarında sovet cəmiyyətinin iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. Kommunist ideologiyasına inam azalmışdı. Kommunist Partiyası ölkəni iflasdan qurtarmaq məqsədilə 1985-ci ildə “sürətləndirmə konsepsiyası” irəli sürdü. “Yenidənqurma” xətti müəyyən edildi. 1989-cu ildə ölkədə ilk dəfə olaraq çoxmandatlı sistem əsasında xalq deputatları seçkiləri keçirildi. “Yenidənqurma” və “aşkarlıq” imperiyanın süqutunu sürətləndirdi. Heydər Əliyev qeyd edirdi ki, Qorbaçovun ən bariz xüsusiyyəti türk-müsəlman dünyasına qarşı olan düşmənçiliyi idi. “Yenidənqurma” və “aşkarlığın” yaratdığı imkanlar Azərbaycanda da demokratik hərəkatın inkişafına təkan verdi. Milli ədavətin ilk qurbanları yenə də Ermənistanda yaşayan azərbaycanlılar oldu. Ermənistanda dövlət səviyyəsində gizli silahlı dəstələr yaradılır və azərbaycanlıları dədə-baba yurdundan zorla qovub çıxarmaq istiqamətində iş aparılırdı. 1988-ci il yanvarında Qafan və Mehri rayonlarından ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. Fevralın 19-da İrəvanda “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistanda ermənilər yaşamalıdır!” kimi millətçi şüarlarla mitinqlər keçirildi. Bundan ruhlanan Dağlıq Qarabağ erməniləri Stepanakertdə (Xankəndində) mitinq və nümayişlərə başladılar. Azərbaycanlıları birdəfəlik Ermənistandan çıxarmaq və azərbaycanlılara qarşı mənfi ictimai rəy yaratmaq üçün ermənilər Sumqayıt fitnəkarlığını törətdilər. Fevralın 28-də Sumqayıtda ilk cinayət hərəkətini özünü azərbaycanlı kimi qələmə verən “paşa” ləqəbli erməni E.Qriqoryan törətdi. O şəxsən 5 erməni öldürmüşdü. Faciə nəticəsində 32 nəfər (6 azərbaycanlı) həlak olmuş, 200 mənzil qarət edilmiş, onlarca ictimai bina, avtobus, şəxsi maşınlar yandırılmışdı. 1991-ci il avqustun 8-də Ermənistan SSR-də sonuncu azərbaycanlı kəndi olan Nüvədi (Mehri rayonu) kəndi rus əsgərlərinin köməyi ilə boşaldıldı.
Bununla da Azərbaycanlıların dədə-baba torpaqlarından kütləvi şəkildə qovulmasının sonuncu mərhələsi başa çatdı. Ermənistandakı 185 azərbaycanlılar yaşayan kənddən 230 min nəfər azərbaycanlı qovuldu. 1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti DQMV xalq deputatları sovetinin Ermənistana birləşmək haqqında qərarına razılıq verdi. Sentyabrda erməni faşistləri Xocalı kəndində hücum edib qanlı cinayət törətdilər. Stepanakertdə azərbaycanlıların evləri, maşınları yandırıldı. Eyni vaxtda Ermənistan ərazisindən Qubadlı rayonunun sərhəd kəndlərinə basqınlar edildi. 1989-cu ilin yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi. Ermənipərəst A.Volskinin rəhbərliyi ilə Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi (XİK) yaradıldı. DQMV əməli olaraq Azərbaycana tabeçilikdən çıxarıldı. 1989-cu ilin iyulunda Stepanakertin bütün azərbaycanlı əhalisi (14 min nəfər) şəhərdən çıxarıldı. Azərbaycanın demokratik qüvvələrinin tələbi ilə SSRİ Ali Soveti dekabrın 1-də “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar” qəbul etdi. Azərbaycanın ərazi bütovlüyü kobudcasına pozuldu.
SSRİ-də köhnə idarəçilik mexanizminin dağılması, yeni mexanizmin isə hələ yaradılmadığı şəraitdə “yenidənqurma” ciddi problemlər doğurmuşdu. İmperiyanı bürümüş ümumi böhran dərinləşməkdə idi.Beləliklə Ermənistanda yaşayan soydaşlarımızın kütləvi şəkildə departatsiyası vəDağlıq Qarabağda separatcılıq meyillərinə mərkəzin xeyir dua verməsi Azərbaycanda xalq hərəkatımın başlanmasına səbəb oldu. Azərbaycanda ilk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda keçirildi. Digər şəhər və rayonları da etiraz mitinqləri dalğası bürüdü. Xalq, Respublikanın o zamankı rəhbəri Ə.Vəzirovdan Ermənistanda və Dağlıq Qarabağda baş verən hadisələrə qarşı qəti mövqe tutmağı tələb edirdi. Dağlıq Qarabağda Topxana meşəsində ermənilərin sənaye obyekti tikməsi xəbəri xalqı hərəkətə gətirdi. Noyabrın 15-16-da Bakıda mitinqlər keçirildi.
Xalq hərəkatının kortəbii mərhələsinin ən yüksək dövrü noyabrın 17-dən başlandı. Bu gün Azərbaycan tarixinə Milli Dirçəliş günü kimi daxil oldu. Həmin gün “Azadlıq” meydanında mitinqdə iştirak edənlərin sayı yarım milyonu ötmüşdü. Mitinqdə “suverenlik”, “azadlıq” çağırışları səslənirdi. Azərbaycan xalqı Heydər Əliyevi yenidən hakimiyyətdə görmək istəyirdi. Lakin hakimiyyət maraqlarını xalqın mənafeyindən üstün tutan iqtidar onunla münasibət belə qurmaq istəmirdi.Hamı cox gözəl başa düşürdü ki,bu cıxışlar yeni bir dalğanın başlanğıcından xəbər verir.
Dağlıq Qarabağda Şuşa şəhərinin ətrafındakı zəngin Topxana meşəsinin ermənilər tərəfindən məhf edilməsi noyabrın 17 əhalini yenidən kücələrə cıxartdı,ozamanki Lenin meydanı(indiki Azadlıq meydanı) mitinqlərin mərkəzinə cevrildi.Bu dəfə Bakı sakinləri tələbləri yerinə yetrilməyincə meydanı tərketməyəcəklərini bəyan etdilər.bu xalqın milli həmrəylinin yüksək nümayişidi.Bir necə gün ərzində Azadlıq meydanına bolgələrdən də insanlar axışmağa başladılar.İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin ücrəngli bayrağı qaldırıldı. Bu hərəkat xalq tərəfindən “Meydan Hərəkatı” adlandırıldı.
Maskva hərəkatın miqyasından və didər bölgələrə də yayılmasından qorxaraq ölkədə komendaant saatı tədbiq olundu.
Meydan hərəkatının Azərbaycan dövlətinin tarixində xüsusi rolu olmuşdur.Məhz bu hərəkat xalqın birliyini göstərmişdi.Buna görə də 17 noyabır Azərbaycan tarixinə əbədi olaraq Milli Dircəliş Günü kimi yazıldı.
Yetişməkdə olan inqilabi şərait xalqı təcrübəsiz yeni liderlərin rəhbərliyi altında fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsi (AXC) ətrafında birləşdirməyə vadar etdi. Belə bir şəraitdə 1989-cu ilin iyununda Bakıda AXC-nin təsis konfransı keçirildi. Cəbhənin proqram və nizamnaməsi qəbul edildi. Əbülfəz Əliyev (Elçibəy) onun sədri seçildi. AXC yarandığı ilk vaxtlar geniş sosial bazaya malik idi. Ümumxalq hərəkatının təsiri altında 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin tarixi adı bərpa edildi. Dekabrın 31-də Naxçıvan MSSR-də Araz çayı boyu Sovet – İran sərhəd qurğuları dağıdıldı. Biləsuvar və Cəlilabad rayonlarında da oxşar hadisələr baş verdi. 1990-cı il yanvarın 12-də 500 nəfər silahlı erməni qulduru Xanlar (indiki Göygöl) rayonunun Quşçu kəndində hücum etdi. Belə vəziyyətdə AXC özünümüdafiə dəstələrini birləşdirmək və hücumların qarşısını almaq üçün Milli Müdafiə Şurası (MMŞ) yaratdı. Yanvarın 15-də Azərbaycan rəhbərliyinin müraciəti əsasında SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” fərman verdi. Bakı və ətraf rayonlara əlavə hərbi qüvvələr gətirildi. Sovet ordusunun dəstəsilə erməni hərbi hissələri əvvəl Naxçıvanda hücuma keçdilər. Xalqın tələbilə yanvarın 19-da Naxçıvan MSSR-in Ali Soveti Muxtar respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Əhaliyə məlumat verilməsin deyə, yanvarın 19-da axşam saat 20-yə qalmış dövlət televiziyasının enerji bloku partladıldı.
Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya hücum edib, qanlı qırğın törətdi. Bakıda və digər rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu, 4 nəfər itgin düşdü. “Qanlı yanvar”a etiraz olaraq 40 günlük ümummilli tətil başlandı. Yanvar faciəsinin ertəsi günü Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək imperiyanın Azərbaycana qoşun yeritdiyini, günahsız əhaliyə divan tutulduğunu bütün dünyaya bəyan etdi. Gizlincə respublikadan qaçmış Vəzirovun yerinə Moskva ona sədaqətlə xidmət edə biləcək namizədi – A.Mütəllibovu Azərbaycan KP MK-nın birinci katibi təyin etdi. Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 19-da prezident vəzifəsi təsis etdi və A.Mütəllibovu bu vəzifəyə seçdi. Xalq cəbhəsinin qeyri-ardıcıl mövqeyini görən xalq bu təşkilatdan uzaqlaşmağa başladı. Bütün ümidlər H.Əliyevə bağlanmışdı. Xalqın dar günündə ona əlindən gələni etməyə hazır olan Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. Bundan xoflanan iqtidar onun Bakıda qalmasına imkan vermədi. Heydər Əliyev Naxçıvana getdi. Muxtar respublikanın əhalisi onun ətrafında sıx birləşdi. Heydər Əliyev Naxçıvandan öz dəyərli məsləhətləri ilə xalqın azadlıq uğrunda sonacan mübarizə aparmağa çağırırdı. Sentyabrda Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirildi. Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Onun uzaqgörən, müdrik siyasəti xalqın azadlıq mübarizəsini istiqamətləndirdi. 1990-cı il noyabr sessiyasında Muxtar Respublikanın adından “Sovet sosialist” sözü götürüldü. Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı Muxtar Respublikanın rəsmi bayrağı kimi qəbul edildi. Muxtar Respublika Ali Soveti Ali Məclis adlandırıldı. Ali Məclis 20 yanvar hadisələrinə düzgün siyasi qiymət verdi, günahkarlar ifşa edildi. Muxtar Respublikada həyata keçirilən demokratik tədbirlərin təsiri altında və bütün demokratik qüvvələrin tələbi ilə 1991-ci il fevralın 5-də Azəraycan SSR Ali Soveti sessiyasının qərarı ilə ölkə Azərbaycan Respublikası adlandırıldı.
“Dövlət bayrağı haqqında” Qanunla Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağına dövlət bayrağı statusu verildi. 1991-ci il sentyabrın 8-də Respublikada keçiriləcək prezident seçkilərində Heydər Əliyevin qələbə çalacağından ehtiyatlanan A.Mütəllibov konstitusiyaya prezidentliyə namizəd üçün maksimum yaş senzi daxil etdi.
Mövzu: 11 DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI. MÜSTƏQİLLİYİN İLK ADDIMLARI. HAKİMİYYƏT UĞRUNDA ÇƏKİŞMƏLƏR.
Dostları ilə paylaş: |