Mövzu: 2. Azərbaycan milli dovlətçiliyin bərpası və möhkəmləndirilməsi yolunda
Plan:
1.Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması.”İstiqlal Bəyannaməsi” 2.Azərbaycan Xalq Cumhuriyyəti fəaliyyətinin Gəncə dövrü.
3.Bakının düşmənlərdən azad edilməsi.AXC hakimiyyətinin bütün Azərbaycan ərazisində bərqərar edilməsi.
1918-ci ilin yazında Cənubi Qafqazda ictimai-siyasi vəziyyət gərgin olaraq qalırdı.Zaqafqaziya hökumətinin Osmanlı imperiyasına müharibə elan etməsi,azərbaycanlıların soyqırıma məruz qalması milləti xilas etmək üçün müstəqil dövlətin yaradılmasını zəruri edirdi.Seymin Azərbaycan fraksiyası Osmanlı dövlətinin yardımına ümid edirdi.Osmanlı dövləti də öz növbəsində Azərbaycanın müstəqilliyində maraqlı idi.
May ayının 26-da Xəlil bəy Xasməmmədovun Zaqafqaziya hökumətinə ultimatumunda göstərilirdi ki, Cənubi Qafqazın türk əhalisini hər yerdə soyub qırırlar... türklər onları quldur inqilabçıların əlində qoya bilməz və onlara hər cür yardım göstərməyə hazırdırlar.
1918-ci il may ayının 26-da Zaqafqaziya Seyminin axırıncı iclası keçirildi.Gürcüstan federasiyadan çıxmaq haqqında bəyanat verdi və bundan sonra Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi.Mayın 27-də Seymin Azərbaycan fraksiyasının keçirdiyi iclasda Müvəqqəti Milli Şura yaradildi.i.M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi.Milli Şura Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında qərar qəbul etdi.Beləliklə,1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan olundu.Milli Şura tərəfindən “İstiqlal Bəyannaməsi” qəbul edildi.”İstiqlal Bəyannaməsində”deyilirdi:
Dostları ilə paylaş: |