1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti


AXC hökümətəri haqqında qısa məlumat



Yüklə 87,73 Kb.
səhifə6/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   2   3   4   5   6   7   8   9   ...   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

AXC hökümətəri haqqında qısa məlumat:

 

Fəaliyyət dövrləri

Hökümətlərin başcıları

Təsdiq edən orqan

Hökümətdə iştirak edən siyasi qüvvələr

Təşkil olunduqları şəhər

I

28.05 -17.06.1918

Fətəli xan Xoyski

Milli Şura

"Müsavat", "Hümmət", "İttihad", Müsəlman-sosialist bloku, bitərəflər

Tiflis

II

19.06 - 07.12.1918

Fətəli xan Xoyski

Milli Şura

"Müsavat", "İttihad", bitərəflər

Gəncə

III

26.12.1918 - 14.04.1919

Fətəli xan Xoyski

Parlament

"Müsavat", Müsəlman-sosialist bloku, bitərəflər, "Slavyan-rus" cəmiyyəti

Bakı

IV

14.04.1919 - 22.12.1919

Nəsib bəy Yusifbəyli

Parlament

"Müsavat", "Slavyan-rus" cəmiyyəti, "Əhrar", Müsəlman-sosialist bloku, bitərəflər

Bakı

V

22.12.1919 - 30.03.1920

Nəsib bəy Yusifbəyli

Parlament

"Müsavat", "İttihad", "Əhrar", Müsəlman-sosialist bloku, bitərəflər

Bakı

AXC-nin ərazisi 113.896 kv.km. (onun 97.288 kv.km. mübahisəsiz ərazi) idi və inzibati cəhətdən Bakı, Gəncə, Zaqatala quberniyalarına bölünmüşdür. 1919-cu ildə əhalinin 75.04% müsəlmanlar təşkil edirdilər.

Mürəkkəb daxili və xarici şərait Azərbaycan Milli Ordusunun yaradılmasının sürətlənməsini tələb edirdi. AXC höküməti 1918-ci il 26 iyun tarixli qərarı ilə, əsasən, azərbaycanlılardan ibarət olan Müsəlman korpusu “Əlahiddə Azərbaycan korpusu” adlandırıldı. Bununla da Cumhuriyyət Ordusunun əsası qoyuldu.

İyulun 11-də hökumətin fərmanı ilə hərbi səfərbərlik elan edildi. Bu işi sürətləndirmək məqsədilə Noyabr ayının 1-də hərbi nazirlik yaradıldı. Baş nazir F.Xoyski hərbi nazir, general S.Mehmandarov onun müavini təyin edildi. 1918-ci il dekabr ayının 25-də general S.Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər. Pərakəndə fəaliyyət göstərən Milli hərbi hissələrin idarə olunmasını mərkəzləşdirmək məqsədi ilə Baş Qərargah formalaşdırıldı. 1919-cu ilin aprelində hökümətin təqdim etdiyi büdcə layihəsinə əsasən, orduya dövlət büdcəsindən xərclərin təqribən 28% ayrılmalı idi. Hərbi qulluqçuların geyim formasının milli üslübda hazırlanması, döyüşçülərin milli ruhunun gücləndirilməsində əhəmiyyətli atdım oldu.

1918-ci il avqust ayının 23-də Azərbaycan vətəndaşlığı haqqında fərman imzalandı.

Demokratik dövlətdə cəmiyyət insanlar arasında siyasi bərabərliyi təmin etməklə yanaşı sosial ədalətsizliyi də aradan qaldırmalıdır. Hökümət başçısı N.Yusifbəyli Azərbaycanın azad və müstəqil yaşamasının əsas şərti kimi güclü iqtisadiyyatın yaradılmasının zəruriliyini qeyd edirdi. AXC-nin iqtisadi siyasətinin əsas prinsiplərindən biri müxtəlif mülkiyyət formalarının inkişafı üçün bərabər imkanların yaradılması idi. Xüsüsi mülkiyyətin toxunulmazlığı üçün azad sahibkarlığı inkişaf etdirmək lazım idi.

1919-cu ilin iyununda hökümət ölkənin ərzaq təhlukəsizliyini təmin etmək məqsədi ilə ərzaq və bəzi xammal məhsullarını xaricə çıxarılmasına müvəqqəti qadağa qoydu. 1919-cu ilin sentyabrında Dövlət Bankı açıldı.

Qiymətli metalların ölkədən xaricə daşınmasına görə məsuliyyət müəyyən edildi. Daxili bazarın qorunması üçün xaricdən gətirilən bəzi mallara qoyulan gömrük rüsümü artırıldı, eyni zamanda, ölkədən məhsulların xaricə azad şəkildə ixracı üçün zəruri qanunlar qəbul edildi.

AXC-nin IV höküməti əvvəlki hökümətlərdən fərqli olaraq, Bakı neftinin əsas istehlakçısı kimi bu məhsula ehtiyac duyan Rusiya ilə münasibətləri bərpa etməyi nəzərdə tutmuşdur.

AXC höküməti sosial sahədə mühüm tədbirlər həyata keçirdi. 1918-ci ilin iyulundan etibarən inflyasiya ilə əlaqədar əhalinin müxtəliuf təbəqələrinin maaşını bir neçə dəfə artırılması haqqında qərar qəbul edildi. 1919-cu ilin fevralında kasıb ailələrdən olan uşaqlara yardım edilməsi ilə bağlı qərar verildi.

1918-1920-ci illərdə erməni quldur dəstələrinin törətdikləri vəhşilikər səbəbindən İrəvan, Şuşa, Zəngəzur və Şamaxıdan 300 min nəfərdən çox azərbaycanlı qaçqın düşmüşdü. AXC hökümətinin sosial siyasətində qaçqınların problemlərinin həlli əsas yerlərdən birini tuturdu. 1918-ci ildə yaradılmış Himayədarlıq Nazirliyi onların problemləri ilə məşğul idi.

Xalq maarifi sahəsində ən başlıca vəzifələrdən biri təhsil sisteminin yenidən qurulması və milli kadrların hazırlanması idi. 1918-ci il avqustun 28-də məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edildi. İbtidai məktəblərdə şagirdlərin ana dilində təhsil alması ilə yanaşı, dövlət dili kimi türk (Azərbaycan) dilinin tədrisi məcburi hesab olunurdu. Orta təhsil müəssisələrində isə tədris dövlət dilində aparılmalı idi.

Ölkədə müəllim kadrları hazırlamaq üçün qısa müddətli kurslar təşkil edildi. AXC hökümətinin qərarı ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradıldı. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun və 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ölkələrin ali məktəblərində təhsil alması üçün göndərilmələri haqqında qərar qəbul edildi.

Mədəni sahədə keçirilməsi nəzərdə tutulan islahatlardan biri də əlifba ilə bağlı idi. 1919-cu ildə AXC hökümətinin qərarı ilə latın əlifbasına keçirilməsi haqqında layihə bəyənilsə də, Sovet Rusiyasının ölkəni işğal etməsi səbəbindən islahatı axıra kimi həyata keçirə bilmədi.

AXC-nin dövründə 100-ə qədər qəzet və jurnal dərc edilirdi ki, onların da əksəriyyəti türk (Azərbaycan) dilində idi.

AXC-nin yaranması ilə Milli teatrın fəaliyyətində canlama baş verdi. 1918-ci ilin oktyabrında Dövlət Teatrı təşkil olundu. Onun səhnəsində ilk tamaşaya qoyulan əsər Nəriman Nərimanovun “Nadir şah” faciəsi idi.



Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin