5. Azərbaycan Xalq Cumhuriyyəti onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaq.
6. Müəssislər Məclisi çağırılana qədər azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və onun qarşısında cavabdeh olan Müvəqqəti hökumətə tapşırılır.
Bu “Bəyannamə” çox mühüm tarixi sənəd idi.Həmin gün Milli Şura Fətəli xan Xoyskinin başçılığı ilə Müvəqqəti hökumətin tərkibini təsdiq etdi.
May ayının 30-da Müvəqqəti hökumətin başçısı F.Xoyski müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması haqqında məlumatı radioteleqrafla xarici dövlətlərin başçılarına bildirdi.Azərbaycan bütün Şərq aləmində ilk dəfə olaraq demokratik respublika idarə üsulunu bərqərar etdi.O,mahiyyətcə ən demokratik Respublika-parlament Respublikası idi.
Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasətdə ilk uğurlu addımı iyunun 4-də Batumda Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsinin imzalanması oldu.Bu müqavilə ilə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə Osmanlı dövləti oldu.Müqavilənin 4-cü bəndinə görə ehtiyac olarsa,Osmanlı dövləti Azərbaycana hərbi yardım göstərməyi öz üzərinə götürürdü.Həmin bəndə müvafiq ilaraq Milli Şuranın sədri M.Ə.Rasulzadə və xarici işlər naziri M.Hacinski Osmanlı hökumətindən hərbi yardım istədilər .Osmanlı dövləti Azərbaycanın bu istəyinə müsbət cavab verdi.İyun ayında Nuru paşanın başçılığı ilə Osmanlı hərbi güvvələri Gəncəyə gəldi.Türk ordusunun Gəncəyə gəlməsinin qarşısını ala bilməyən Gürcüstan hökuməti Azərbaycan Milli Şurasına münasibətini dəyişdirdi.Onun tələbi ilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Gəncəyə köşürüldü.Gəncədə Milli Şuraya və Milli hökumətə qarşı Nuru paşanın etimadsızlıq göstərməsi ilə əlaqədar olaraq hökumət böhranı yarandı.
Böhrandan çıxmaq məqsədi ilə iyun ayının 17-də Milli Şuranın iclasında 2 qətnamə qəbul edildi:
1. Müvəqqəti hökumət 6 aydan gec olmayaraq Müəssislər Məclisini çağırmağa borcludur.
2. Milli Şura öz fəaliyyətini dayandırır və bütün hakimiyyətini Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil edilən hökumətə verir və hakimiyyət yalnız Müəssislər Məclisinə təhvil verilə bilər.
Beləliklə, “iyun böhranı” Milli Şuranın fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə nəticələndi.Bununla Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı.Elə həmin gün F.Xoyskinin başçılığı ilə 2-ci hökumət kabineti yaradıldı.
Azərbaycan Xalq Cumhuriyyətini tanımayan Bakı XKS ona qarşı müharibə elan etdi. 1918-ci il iyunun 10-da Bakı Sovetinin hərbi qüvvələri Cənubi Qafqaz dəmir yol xətti boyunca hücuma keçərək, Hacıqabul-Kürdəmir-Müsüslü istiqamətində irəlilədilər.İyunun 27-dən iyulun 1-nə dək Göyçay istiqamətində gedən gərgin döyüşlərdə Bakı Sovetinin qoşunları agır məğlubiyyətə uğrayıb geri çəkildilər.Onların Gəncəyə hücumunun qarşısı alındı.
İyulun 20-də Azərbaycan-Osmanlı hərbi qüvvələri Bakı istiqamətində hücuma keçdilər.Azərbaycan-Osmanlı ordusunun şiddətli hücumuna davam gətirə bilməyən Bakı XKS 1918-ci il iyulun 31-də öz səlahiyyətlərindən əl çəkdi.Avqustun 1-də daşnaq-sağ eser-menşevik bloku ingilis konsulu Maq-Donelin yaxından iştirakı ilə Bakıda “Sentrokaspi diktaturası” hökumətini təşkil etdi.İstefa vermiş Bakı Komissarları avqustun 14-də 17 gəmiyə minərək sovet qoşun hissələri ilə birlikdə Xəzər dənizi ilə Həştərxana yola düşdülər.
Bu dövrdə AXC hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri Bakını və ətraf bölgələri erməni-bolşevik işğalından azad etmək və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi.M,Ə,Rəsulzadə Azərbaycan hökumətinə ünvanladığı məktubda Bakının azad olunmasının zəruriliyindən bəhs edərək yazırdı:”Əgər Bakı azad olunmazsa, hər şey bitdi, əlvida Azərbaycan”.
1918-ci ilin avqust ayında Bakı şəhərinin azad edilməsi uğrunda mübarizə həlledici mərhələyə daxil oldu.Bakının azad edeilməsinin üçün ilkcə 1918-ci il avqustun 5-də göstərildi.Lakin qoşunlarımız şəhərə girə bilmədilər.1918-ci il sentyabrın 15-də Azərbaycan ordusu və Nuru paşanın başçılığı ilə Osmanlı qoşunları Bakıya daxil oldular.Azərbaycan əhalisi onları sevinclə, əsil xilaskar kimi qarşıladı.Sentyabrın 16-da bu əlamətdar gün münasibəti ilə Osmanlı-Azərbaycan hərbi hissələrinin paradı keçirildi.Şəhər bayram əhvali-ruhiyyəsində idi.H.Z.Tağıyev bu münasibətlə böyük ziyafət verdi,xilaskarlara qiymətli hədiyyələr bağışladı.
Bakının azad edilməsində Osmanlı ordusu 1100 əsgər, 30 zabit qurban verdi.1918-ci il sentyabrın 17-də Azərbaycan Xalq Cumhuriyyətinin millimhökuməti Gəncədən Bakıya köçürüldü.
AXC hökuməti Azərbaycanın tarixi torpaqları olan Naxçıvanda,Zəngəzurda,Qarabağda, Lənkəranda öz hakimiyyətini bərqərar etmək üçün tədbirlər gördü.1919-cu ilin yanvarında Zəngəzur,Şuşa,Cavanşir və Cəbrail qəzaları daxil olmaqla Qarabağ general-qubernatorluğunu yaratdı.Xosrov paşa bəy Sultanov general-qubernator təyin edildi.1919-cu ilin fevralında Naxçıvan general-qubernatorluğu yaradıldı.Bəhram bəy Naxçıvanski onun general-qubernato- ru təyin olundu.1919-cu ilin avqustunda elə həmin ilin may ayında cənub bölgəsində yaradıl -mış qondarma “Muğan Sovet Respublikası” ləğv edildi.Bununla da Azərbaycan Xalq Cumhuriyyəti öz hakimiyyətini Respublikanın bütün ərazisində bərqərar etdi.
Dostları ilə paylaş: |