1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti


MÖVZU: 3 AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DAXİLİ SİYASƏTİ



Yüklə 87,73 Kb.
səhifə5/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   2   3   4   5   6   7   8   9   ...   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

MÖVZU: 3 AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DAXİLİ SİYASƏTİ

PLAN

1.Dövlət quruculuğu

2.Milli ordunun yaradılması

3.Sosial-iqtisadi siyasət

4.Mədəni quruculuq tədbirləri
1918-ci il mayın 28-də bütün Şərq və Türk-İslam dünyasında ilk yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti demokratik quruluşa malik respublika idi. Azərbaycan Xalq Cumhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. Bütün Şərq və Türk-İslam dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruluşu yaradıldı. 1918-ci il iyunun 24-də hökumətin fərmanı ilə Azərbaycanın üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əks edilmiş qırmızı parçadan hazırlanmış dövlət bayrağı qəbul edildi. Noyabr ayının 9-da həmin bayraq göy, qırmızı və yaşıl rənglərdən ibarət, üzərində ağ aypara və səkkizguşəli ulduz olan üçrəngli bayraqla əvəz edildi. Azərbaycan Cumhuriyyətinin üçrəngli dövlət bayrağı M.Ə.Rəsulzadənin ifadəsiylə desək, türk milli mədəniyyətini, müasir Avropa demokrasiyasını və islam sivilizasiyasını özündə təcəssüm etdirir. Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dili dövlət dili elan edildi.

1918-ci il noyabrın 16-da yenidən fəaliyyətə başlayan Milli Şura noyabrın 20-də “Azərbaycan parlamentinin yaradılması haqqında” qanun qəbul etdi. Qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Əhalinin çoxmillətli tərkibinə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan AXC parlamenti xalqın demokratik hakimiyyət prinsiplərinə verdiyi böyük dəyərin təzahürü idi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, müavinləri isə Həsən bəy Ağayev, Məmmədyusif Cəfərov idi. Parlament Müvəqqəti hökümətin istefasını qəbul edib, höküməti yenidən təşkil etməyi F.Xoyskiyə tapşırdı. Dekabrın 26-da 3-cü hökümət kabinetinin tərkibi elan edildi.



Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin