1. Azərbaycan tamhüquqlu və müstəqil dövlətdir.Cənubi Qafqazın cənub və qərb hissələrindən ibarətdir.Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
2. Müstəqil Azərbaycanın siyasi quruluş forması Xalq Cumhuriyyətidir.
3. Azərbaycan Xalq Cumhuriyyəti beynəlxalq birliyin bütün üzvləriylə, həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqələri yaradacaq.
4. Azərbaycan Xalq Cumhuriyyəti öz sərhədləri daxilində millətindən,dinindən,ictimai vəziyyəti və cinsindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.