1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti


Plan: I Qarabağ müharibəsinin başlanma səbəbləri



Yüklə 87,73 Kb.
səhifə16/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   ...   12   13   14   15   16   17   18   19   ...   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

Plan:

I Qarabağ müharibəsinin başlanma səbəbləri.

II Xocalı faciəsi.

III Şuşa və Laçının işğalının Azərbaycan üçün ağır nəticələri.

IV 1993-1994-cü ildə Qarabağda baş vermiş əsaslı dönüşün səbəbləri.

I Qarabağ müharibəsinin başlanma səbəbləri.

1988-ci ilin əvvəllərindən başlayaraq ermənilər əvvəl sovet,sonra isə Rusiya hərbi qüvvələrinin köməyi ilə Dağlıq Qarabağda separatçılıq fəaliyyətlərini genişləndirdilər.1991-ci ildən başlayaraq Ermənistan müharibə etmədən Azərbaycana qarşı ilk dəfə irimiqyaslı hərbi əməliyyatlara başladılar.Ermənistan –Azərbaycan münaqişəsinin əsas səbəbi Ermənilərin ərazi iddiaları idi.

1991-ci il sentyabrın əvvəlində separatçılar qondarma “Dağlıq Qarabağ Respublikası” yaratdılar.Buna cavab olaraq Azərbaycan Respublikası 1991-ci il noyabrın 26-da 1923-cü il yaradılmış DQMV-nin statusunu ləğv etdi.

Azərbaycan hökuməti Qarabağda erməni vəhşiliklərinin qarşısını almaq məqsadi ilə müəyyən tədbirlər gördü.1991-cil sentyabrın 5-də Müdafiə Nazirliyi təşkil olundu.

Qarabağın Dağlıq hissəsində Xocavənd yaşayış məntəqəsinin erməni işğalçıları tərəfindən hücumlara məruz qalması ilə əlaqədar vəziyyəti yerində öyrənmək üçün Respublikanın yüksək dövlət və hökumət nümayəndələrini aparan vertolyotun 1991-ci il noyabrın 20-də Qarakənd adlı erməni yaşayış məntəqəsi yaxınlığında vurulub salınması xəbəri Azərbaycan xalqını sarsıtdı. Azərbaycan iqtidarı dünyanın böyük dövlətlərinin Cənubi Qafqazla, xüsusən Azərbaycanla bağlı maraqlarını təmin edə biləcək tarazlı siyasət yeridə bilmədiyindən Dağlıq Qarabağ probleminin vaxtında həlli üçün ona lazımi dəstək verilmədi. Bu səbəbdən müharibənin qarşısını almaq mümkün olmadı. 1991-ci ilin sonunda Rusiya ilə Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” bağlanması Rusiyaya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq-aşkar silahlandırmaq imkanı verdi. Qarabağın dağlıq hissəsində erməni silahlı qüvvələrinin vəhşiliklərinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 9-da “Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etdi. Bu qanuna əsasən 1991-ci ilin noyabrında 22 sərhədyanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı. 1992-ci ilin yanvarında Kərkicahan, fevralında Malıbəyli, Quşçular kəndləri işğal olundu.


Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin