Mövzu:15 Yeni minilliyə yeni liderlə. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə . Qətiyyətin nümayişi.
Plan:
İlham Əliyevin prezidentlik dövrü.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə. Qətiyyətin nümayişi
2003-cü ilin prezident seçkiləri ərəfəsində ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev namizədliyini irəli sürsə də, səhhəti ilə əlaqədar seçkilərdə iştirak etmədi və Baş nazir İlham Əliyevin xeyrinə geri götürdü. 2003-cü il 15 oktyabr tarixində keçirilən prezident seçkilərində İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Prezident İlham Əliyevin fəaliyyət dövrü 2 mərhələyə ayrılır:
I mərhələ- 15 oktyabr 2003- 18 mart 2009 : Azərbaycanda hüquqi və dövlət quruculuğu davam etdirildi. Həmin tarixdə növbəti referendumla Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi, həmçinin ölkə iqtisadiyyatındakı keçid dövrünün məhz 2009-cu ildə başa çatması ilə izah oluna bilər.
II mərhələ- 18 mart 2009-cu ildən – indiyədək : Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu daha da möhkəmləndirildi.
2003-cü ildən etibarən Azərbaycan Respublikasının xarici siyasətində yeni mərhələ başladı. Xarici siyasətdə başlıca məqsədlər Azərbaycanın hər sahədə müasir, rəqabətə davamlı ölkəyə çevrilməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli, ölkənin beynəlxalq enerji, nəqliyyat- komnukasiya, tranzit mərkəzlərindən biri olması prosesinin davam etdirilməsi və s. idi.
2003-cü ilin dekabrında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Cenevrədə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə dünya sammitindəki iştirakı onun ilk xarici səfəri oldu. Birinci prezidentlik dövründə İlham Əliyev xarici dövlətlərə 100 səfər etmişdi ( 2003-1, 2004- 24, 2005-19, 2006-20, 2007- 24, 2008-13).
İntensiv fəal xarici siyasət nəticəsində 2003-2017-ci illər ərzində ölkəmizdə bir çox ikitərəfli regional və beynəlxalq toplantılar keçirildi. Bu dövrdə bir çox ölkələrin dövlət və hökumət rəhbərləri Azərbaycana səfərlər etdilər. Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, dünyadakı rolu artdı və mövqeləri möhkəmləndi.
Azərbaycanın 2003-2017-ci illərdəki xarici siyasətində BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi mühüm yer tutur. 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikası 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə layiqli qələbə qazanmışdır. Bu zaman BMT üzvü olan 193 dövlətdən 155-nin səsini toplaması böyük nəticə idi.
XXI əsrin ilk illərində Azərbaycan neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsi idi. Bu dövrdə Azərbaycanın neft strategiyası uğurla davam etdirildi :
Xəzər dənizində “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqları istismara verildi.
“Şahdəniz” yatağında aparılan uğurlu qazma işləri Azərbaycanı böyük həcmdə qaz istehsal edən ölkəyə çevirdi.
2006-cı ildə inşasına 2 il əvvəl başlanılan Bakı-Tbilisi- Ceyhan əsas neft kəmərinin inşası başa çatdırıldı.
Neft amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə ciddi təsir etdi, dünyanın aparıcı neft şirkətlərinin mənsub olduğu dövlətlərlə siyasi və mədəni əməkdaşlığın genişlənməsinə imkan yaratdı.
2003-2013-cü illərdə ölkədə 5 beynəlxalq hava limanı, 4 avtovağzal kompleksi, 4 metro stansiyası tikilib istifadəyə verilmiş, çoxlu körpülər, avtomobil yolları, qaz kəmərləri çəkilmişdir.
Erməni təcavüzünə məruz qalaraq qaçqın və məcburi köçkünə çevrilmiş soydaçlarımızın sosial problemlərinin həlli üçün 2003-2013-cü illərdə İlham Əliyev tərəfindən 51 fərman və sərəncam imzalanmış, Dövlət proqramı və ona əlavələr qəbul olunmuşdur.
İlham Əliyev 2008, 2013, 2018-ci illərdə prezident seçkilərində növbəti dəfə Azərbaycanın prezidenti seçilmişdir.
Azərbaycan xaricdən ən müasir və yüksək döyüş qabiliyyətinə malik silah və yüksək döyüş qabiliyyətinə malik silah və hərbi texnika almaqla yanaşı, bu sahədə xarici dövlətlərdən asılılığı azaltmaq üçün 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Müdafiə Sənayesinin müəssisələrində yüzlərlə silah-sursat və hərbi texnika istehsal olunur. Hazırda Azərbaycan ordusu NATO standartlarına uyğun təlim görmüş çox güclü silahlı qüvvələrə malikdir və hərbi potensialına görə Cənubi Qafqazda ən güclü ordu hesab edilir.
İlham Əliyev hakimiyyətə gələn kimi Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyünün təmin olunması və bu ərazilər üzərində suveren dövlət hüquqlarının tanınması şəklində sülh yolu ilə həlli üçün Azərbaycan səylərini davam etdirdi. Bununla yanaşı atəşkəs rejimini tez tez pozan erməni hərbçilərinin təxribatlarının qarşısı alındı. 2010-cu ilin iyun ayında gizir Mübariz İbrahimov təkbaşına ermənilərlə döyüşə girmiş və çoxlu sayda düşməni məhv etmişdir. İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə M.İbrahimov ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
2014-cü ilin yayında, 2015-ci ilin sentyabrında və 2016-cı ilin aprelində cəbhə xətti boyunca atəşkəsi pozan ermənilərin qarşısı alındı. 2016-cı ilin 1-5 aprel tarixlərində Azərbaycanın bütün cəbhə boyu yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu. Ermənilərin hücumunun qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə:
Uzun illər ərzində ermənilərin cəbhədə mühəndis-istehkam baxımından möhkəmləndirdiyi müdafiə xətti yarıldı
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər Seysulan məntəqəsi azad olundu.
Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçdi
Beynəlxalq qurumların müraciəti və Azərbaycan dövlətinin sülhsevər siyasəti döyüşlərin dayandırılmasına səbəb oldu.
Azərbaycan dövlətinin və xalqının qətiyyətli mövqeyini və öz torpaqlarının azad edilməsi uğrunda mübarizəyə hazır olduğunu bir daha erməni qəsbkarlarına nümayiş etdirdi.
Dostları ilə paylaş: |