II.1993-cü il ümumxalq referendumunun keçirilməsi səbəbləri.
Prezident Əbülfəz Elçibəy iyulun 18-də gecə xəbər vermədən paytaxtı tərk edib anadan olduğu Ordubad rayonunun Kələki kəndinə getdi. Ona dəfələrlə edilən geri qayıtmaq təklifləri cavabsız qaldı. İyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. Heydər Əliyev vətəndaş müharibəsini dayandırmaq üçün S.Hüseynovu Baş nazir vəzifəsinə təyin etdi və onu öz sayıq nəzarəti altında saxladı. Azərbaycan ərazisini paçalamaq təhlükəsini aradan qaldırmaq üçün böyük səylər göstərdi.Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Ə.Elçibəyə etimad haqqında referendum keçirildi və referendumda iştirak edənlərin 97,5%-i Prezidentə etimadsızlıq göstərdi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasla səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi.
Ümumxalq dəstəyi ilə Prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlət müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü və tam suverenliyi təmin etmək, əhalinin rifahını yaxşılaşdırmaq vəzifələrini həyata keçirəcəyini bəyan etdi. 1993-cü il sentyabrın 24-də Azərbaycan MDB-yə daxil oldu. Rusiya 1992-ci ilin martında yaradımış Minsk qrupunun üzvlərindən biri olmasına baxmayaraq, münaqişəni yatırmaq əvəzinə imperiyapərəst siyasətindən əl çəkməyərək, Ermənistanın xeyrinə saziş layihəsi təklif etdi. Uğurlu xarici siyasət nəticəsində 1994-cü il mayın 12-də atəşkəs əldə edildi. 1994-cü il sentyabrın 20-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə iqtisadi və siyasi təfəkkürün bəhrəsi olan, milli həyatımızda qlobal əhəmiyyətə malik “Əsrin müqaviləsi” imzalandı.
Dostları ilə paylaş: |