1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti


Plan: I.15 iyun Milli Qurtuluş günü



Yüklə 87,73 Kb.
səhifə21/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   ...   17   18   19   20   21   22   23   24   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

Plan:

I.15 iyun Milli Qurtuluş günü

II.1993-cü il ümumxalq referendumunun keçirilməsi səbəbləri.

Hakimiyyətə gələnlərin kamil dövlət adamları olmadıqlarını görən xarici və daxili düşmən qüvvələr Azərbaycanı bir neçə yerə parçalanma həddinə gətirdilər. İqtisadi böhran, inflyasiya tüğyan etməyə başladı, çörək üçün gecə növbələri yarandı. Xalq qorxu içində yaşamağa məhkum edildi. Xalq içərisində dayaqlarını itirməkdə olan hakim dairələr Heydər Əliyevin nüfuzundan ehtiyatlanaraq onun Naxçıvan MR-də gördüyü quruculuq işlərinə mane olmaq yolunu tutdular. 1992-ci il mayın 28-də Sədərək – Dilucu “Ümid” körpüsü açıldı. Xalqın qabaqcıl qüvvələrinin başçılığı ilə ölkədə Qurtuluş hərəkatı başladı.

Xalq böyük fəlakətin yaxınlaşdığını hiss edir və bütün ümidlərini Heydər Əliyevə bağlayırdı. Xalqın Heydər Əliyevi hakimiyyətdə görmək istəyinin nəticəsi olaraq 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunub qəbul edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. 1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. 709 saylı hərbi hissə Müdagiə Nazirliyinə tabe olmaqdan imtina etdi. Ə.Hümbətov isə tabeliyində olan silahlı qüvvələrə söykənərək cənub bölgəsində qondarma “Talış – Muğan Respublikası” yaratmağa çalışırdı. Separatçı ünsürlər eyni vaxtda ölkəmizin şimal-şərq bölgəsində “Ləzgistan dövləti” yaratmaq xülyasına düşmüşdü. Bunlar hamısı Moskvadan idarə olunurdu. İyunun 4-də hökuməy hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi qüvvə yeritdi. Heydər Əliyev 1993-cü il iyunun 9-da hökumətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi. Xalq öz xilaskarını sevinclə qarşıladı. Vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq üçün Heydər Əliyev iyunun 13-14-də Gəncədə oldu. Heydər Əliyev Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi manevr edərək, hərbi müxalifəti zərərsizləşdirməyə nail oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Həmin gün tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu.


Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin