1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti


III Şuşa və Laçının işğalının Azərbaycan üçün ağır nəticələri



Yüklə 87,73 Kb.
səhifə19/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

III Şuşa və Laçının işğalının Azərbaycan üçün ağır nəticələri.

Şuşanın mühasirəsini yarmaq üçün yanvarın sonlarında Azərbaycan ordusu “Daşaltı” əməliyyatı keçirdi. “Daşaltı” əməliyyatının məqsədi Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndinin erməni silahlı dəstələrindən təmizləmək və Şuşanın mühasirəsini yarmaq idi. Lakin düzgün rabitə qurulmaması səbəbindən əməliyyat uğursuzluqla nəticələndi.

Şuşa və Laçın istiqamətində kifayət qədər texnika və hərbi qüvvə toplayan ermənilər rusların köməyi ilə hücuma keçdilər. 1992-ci ilin martında Rusiyanın əlaltısı R.Qazıyev Müdafiə naziri vəzifəsini ələ keçirdi. Bu zaman Şuşa artıq mühasirədə idi. 1500 nəfər döyüşçüsü olan Şuşa batalyonunda 500 döyüşçü qalmışdı. Ön müvqedə duran qəhrəman əsgərlərimiz həyatları bahasına hücumun qarşısını almaq istəsələr də, bu, mümkün olmadı. Mayın 9-da Şuşa süqut etdi.Bununla da Ermənistan Dağlıq Qarabağın bütün ərazisini ələ keçirmiş oldu. Moskvanın dəstəyi ilə bir qədər əvvəl istefa vermiş A.Mütəllibovun tərəfdarları Ali Sovetin 1992-ci il 14 may tarixli sessiyasında onu yenidən hakimiyyətə gətirdilər.


Bunun Konstitusiyaya zidd olduğunu elan edən AXC öz tərəfdarları və cəbhədən geri çağırdığı hərbi qüvvələrin köməyi ilə Parlament binasını, Prezident sarayını və digər dövlət əhəmiyyətli məntəqələri ələ keçirdi. Mayın 18-də çağırılan sessiyada İsa Qəmbərov Ali Sovetin sədri seçildi. Bakıda hakimiyyət davası getdiyi vaxt silahlı qüvvələrin Laçından çıxarılmasından istifadə edən düşmən mayın 18-də Laçını işğal etdi. Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında birbaşa əlaqə - dəhliz yarandı. 1992-ci il iyunun 7-də keçirilən prezident seçkilərində AXC-nin sədri Əbülfəz Elçibəy Prezident seçildi. Azərbaycanda AXC – Müsavat cütlüyü hakimiyyətə gəldi.


Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin