Mövzu:7. Azərbaycan SSR II dünya müharibəsi illərində
Plan.
1.Azərbaycan faşist Aımaniyasının planlarında.
2.Azərbaycan döyüşcüləri ön cəbhədə.Partizan hərəkatı.
3.Azərbaycan SSR-nin iqtisidaiyyatı müharibənin xidmətində.
1939-cu il sentyabrın 1-də Almaniya Polşaya hücum etdi. Bir gün sonra Böyük Britaniya və Fransa hökumətləri Almaniyaya müharibə elan etdilər. Dünya ağalığı məqsədinə çatmaq üçün Almaniya SSRİ-ni sıradan çıxartmalı idi.
Bunun üçün geniş hücum planı hazırlanmışdı. Bu “Barbarossa” planı idi. Həmin plana əsasən 1941-ci il iyunun 22-də nasist Almaniyası SSRİ-yə hücum etdi. Azərbaycan Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Onun sərvətləri, strateji və geosiyasi mövqeyi nasistlərin diqqətini cəlb edirdi. Rozenberqin “Qafqazın idarə olunması planı”na görə ilk vaxtlar Azərbaycanda komissarlıq adlanan idarə forması yaradılmalı və o, iqamətgahı Tiflisdə yerləşən Qafqaz reyxskomissarlığına tabe edilməli idi. Almaniya Bakı neftindən istifadə etməklə bütün Şərqi işğal edəcəyinə böyük ümidlər bəsləyirdi. Hələ 1941-ci ilin martında Almaniyanın “Kontinental neft cəmiyyəti”nə Bakı zəbt edildikdən sonra burada neftin hasili, emalı və daşınması tapşırılmışdı. Abşeronun, o cümlədən Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritələri də hazırlanmışdı. Hitlerin Qafqaza hücum planı “Edelveys” (çoxillik çiçək növü) adlanırdı. Bu plana görə də Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi. ABŞ və Böyük Britaniya dövlətləri də Qafqaza, o cümlədən Azərbaycana xüsusi maraq göstərirdilər. Bu məqsədlə tərtib olunmuş “Vilvet” (ingiliscə - mənfəət) planında Sovet ordusunun Qafqazdan çıxarılıb Stalinqrada aparılması, burada ABŞ və Böyük Britaniya hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurdu. Müharibənin ilk illərində Azərbaycan barədə SSRİ rəhbərliyinin də xüsusi planı var idi. 1942-ci ilin dekabrında imzalanmış məxfi plana görə, azərbaycanlılar zorla Mərkəzi Asiya və Qazaxıstana köçürülməli idi. Lakin Qırmızı ordunun Stalinqrad və Qafqaz uğrundakı döyüşlərdə qələbəsi, həmçinin M.C.Bağırovun şəxsi nüfuzu və tutarlı dəlilləri İ.V.Stalini bu yoldan çəkindirdi. Müharibənin ilk günlərində 40 mindən çox oğlan və qız cəbhəyə könüllü getmək üçün ərizə verdi. Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü 1942-ci ilin mart-sentyabrında 416-cı, avqust-sentyabrında 271-ci milli atıcı diviziyalar yaradıldı. Krımın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci diviziya 1942-ci ilin mayında respublikada yenidən komplektləşdirildi.
Ümumiyyətlə müharibə illərində Azərbaycandan sovet ordusuna 600 minə yaxın adam səfərbərliyə alınmışdı. Onlar ilk gündən düşmənə qarşı mərdliklə vuruşurdular. Azərbaycanlıların mərdliyi haqqında ilk xəbər Brest qalasından gəldi. 44 nəfər azərbaycanlı qalanın müdafiəsində iştirak etmiş, axır nəfəslərinə qədər döyüşmüşdülər. Kiçik leytenant İsrafil Məmmədov 1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustınka kəndi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərdi və azərbaycanlılar arasında ilk dəfə olaraq Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldü. Moskva ətrafındakı döyüşlərdə fərqləndiyinə görə tank bölməsinin komandiri Həzi Aslanov “Qırmızı ulduz” medalı ilə təltif edildi. Borodino çölündəki vuruşmada pulemyotçu İdris Vəliyev düşmənin 50-dən çox əsgərini məhv etmişdi. Təyyarəçi Hüseynbala Əliyev Lelinqrad səmasını müdafiə edərkən düşmənin 6 təyyarəsini vurub salmış, 17 yara almasına baxmayaraq, öz təyyarəsini yerə endirə bilmiş, lakin özü həlak olmuşdu. SSRİ Ali Baş Komandanlığı 1942-ci il sentyabrın 9-da Cənubi Qafqaz respublikalarında, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan etdi. Bakı müdafiə rayonu yaradıldı. 402, 416 və 223-cü Azərbaycan diviziyaları Mozdok rayonunda döyüşür, 77-ci diviziya isə müdafiə əməliyyatlarında iştirak edirdi. 402-ci diviziya Mozdok ətrafında 10 yaşayış məntəqəsini düşməndən təmizlədi. Bu diviziya tərkibinin bir hissəsini itirdiyindən 416-cı diviziyaya birləşdirildi. 416-cı diviziya Şimali Qafqaz və Azov dənizi sahillərindəki bir sıra yaşayış məntəqələrinin azad edilməsində böyük rol oynadı. 77-ci diviziya Kerç, Rostov, Stavropol və s. yaşayış məntəqələrinin azad edilməsində iştirak etmişdi. Tuapse uğrunda gedən döyüşlərdə Qafur Məmmədov düşmənin 13 əsgərini məhv etmişdi. Ölümündən sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verildi. 1942-ci ilin qışında Stalinqrad cəbhəsində Həzi Aslanovun tank polku böyük qəhrəmanlıq göstərdi. Ona bu igidliyə görə 1942-ci ilin dekabrında Sovet İttifaqı qəhrəmanı adı verildi. Oryol şəhəri üzərində qələbə bayrağını Nəcəf Əjdərov qaldırdı.
Hərbi təyyarəçilər Adil Quliyev və Züleyxa Seyidməmmədova öz qəhrəmanlıqları ilə fərqləndilər. 416-cı diviziya Taqanrod şəhərinin azad edilməsində göstərdiyi rəşadətə görə “Taqanrod diviziyası” fəxri adına layiq görüldü. Hərbi əməliyyatlarda qəhrəmanlığına görə 271-ci diviziyaya “Qorlovka diviziyası”, 77-ci diviziyaya isə “Simferepol diviziyası” adı verildi. 416-cı və 77-ci diviziyalar “İkinci dərəcəli Suvorov ordeni” ilə təltif edildilər. 1944-cü ilin iyununda general-mayor Həzi Aslanovun 35-ci qvardiya tank briqadası Berezna çayını keçib Pleşşenitsı şəhərini və 508 yaşayış məntəqəsini azad etdi. O, ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə təltif olunmağa təqdim edildi. Lakin bu haqda fərman onun ölümündən sonra – 1991-ci ildə həyata keçirildi. H.Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlıdır. H.Aslanovun tank briqadası Baltikyanı ölkələrin azad edilməsində fəal iştirak etmişdi. O, 1945-ci il yanvarın 24-də döyüş əməliyyatları getməyən bir yerdə, müəmmalı şəkildə güllə yarasından həlak oldu. Milli Azərbaycan diviziyaları Şərqi Avropanın faşistlərdən azad edilməsində də fəal iştirak etmişdilər. 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində iştirak etdiyinə görə fəxri “Belqrad diviziyası” adını almışdı. 271-ci diviziya Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdi. Bu döyüşlərə görə Ziya Bünyadov da daxil olmaqla, 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 416-cı Azərbaycan diviziyası 1945-ci ilin fevralında düşmənin müqavimətini qırıb, Oder çayı sahilinə çıxdı və Berlin üzərinə yeridi. Azərbaycan döyüşçüləri mayın 2-də Berlinin Branderburq darvazası üzərində qələbə bayrağı sancdı. Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə Yusif Sadıqov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Azərbaycan oğulları antifaşist Müqavimət və partizan hərəkatında da fəal iştirak etmişdilər. Onlardan biri Smolenskdə fəaliyyət göstərən partizan briqadanın qərargah rəisi İsmayıl Əliyev idi.
1943-cü ildə 50 nəfər azərbaycanlı Məmməd Əliyevin başçılığı ilə faşist düşərgələrindən qaçaraq Krımda xüsusi partizan dəstəsi yaratmışdılar. Ukraynada isə 400 nəfər azərbaycanlı partizan dəstəsi təşkil etmiş, başqa partizan dəstələri ilə birləşərək Ukrayna, Çexoslovakiya və Macarıstanda faşizmə qarşı fəal mübarizə aparmışdılar. 1942-ci ildə polkovnik Ələkbər Əliyev Belorusiyanın Borisov şəhərində fəaliyyət göstərən “Dyadya Kolya” partizan birləşməsinin qərargah rəisi olmuş, 1944-cü ildə Suvorov adına partizan dəstəsinə komandir təyin edilmişdir. Azərbaycanlılar Avropa xalqlarının partizan və antifaşist müqavimət hərəkatlarında fəal iştirak edirdilər. Polşada 1942-ci ilin yazında faşist hərbi əsir düşərgəsində azərbaycanlı əsirlər gizli təşkilat yaratmışdılar. Təşkilata zabitlər Hadı Qiyasbəyov və Mirzəxan Məmmədov rəhbərlik edirdilər. 1942-ci ilin noyabrında Fransadakı faşist ölüm düşərgəsindən qaçıb partizanlara qoşulan Əhmədiyyə Cəbrayılov “Armed Mişel” (Xarqo) adı ilə Fransanın azadlıq hərəkatında fəal iştirak etmiş, bu ölkənin şəxsi igidliyə görə paradda əsgərə generaldan irəlidə getmək hüququ verən ən yüksək mükafatı – Fəxri legion ordeni ilə təltif olunmuşdur. İkinci Dünya müharibəsinin əfsanəvi qəhrəmanlarından biri də cəsur azərbaycanlı Mehdi Hüseynzadə idi. Mixaylo ləqəbi ilə Yuqoslaviyada partizan dəstəsinin kəşfiyyatçı-təxribat qrupuna rəhbərlik etmişdi. Onun qrupu 700 nəfər hərbçini faşist əsirliyini azad etmiş, min nəfərdən çox alman zabitini məhv etmişdi. Faşistlər onun başına 400 min lirə mükafat təyin etmişdilər. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə xeyli düşmən qırmış və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. İtaliyadakı partizan hərəkatında fəal iştirak etmiş Əli Babayev Haribaldi adına batalyonun komandiri olmuş, döyüşlərdəki igidliyinə görə bu ölkənin “Hərbi şücaətinə görə” gümüş medalı ilə təltif olunmuşdur. Vilayət Hüseynov İtaliya faşist rejiminin başçısı Mussolunini həbs edən partizanlar arasında olmuşdu.
“Buhenvald” ölüm düşərgəsində yaradılan təşkilatın rəhbərlərindən biri olan Əkbər Ağayev faşistlərə qarşı mübarizə aparmışdır. Fəaliyyətinin üstü açılandan sonra o, faşistlər tərəfindən güllələnmişdi.
1441-ci ilin iyununda Azərbaycanda bütün işlər müharibənin tələblərinə uyğunlaşdırıldı.İş günü 11 saat oldu,ərzaq və sənaye malları verilməsinə talon sistemi tədbiq edildi.İşi özbaşına tərk edənlər ücün 5-8 il həbs cəzası müəyyən ediliedi.Orduya gedənləri qadın və yeniyetmələr əvəz etdi.Qısa müddətdə 40 mindən cox ixtisaslı fəhlə hazırlandı.Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 17 milyon ton neft,22 milyon ton benzin verdi ki,bu da Sovet İttifaqı üzrə hasil edilən neftin dörddə üc hisəsinə,benzinin 90 faizinə bərabər idi.Bakıda Katyuşa raketi,YAK-3 qırıcı təyyarəsi,Şpaqin pulemiyotu,ümumiyyətlə,130 adda silah və hərbi texnika istesal edilirdi.Gulfa-Mincivan,Salyan-Neftcala dəmir yolu xətdi işə salındı.Kənd təsərüfatında hərbi əhəmiyyətli bitkilərin becərilməsinə başlandı.Kənd əməkciləri müharibə illərində ölkəyə 500 min ton panbıq və digə strateji xammal məsulları vermişdilər.Fədakar əməyinə görə minlərlə əmək adamı orden və medallarla təlti edilmişdir.
Dostları ilə paylaş: |