1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Azərbaycan torpaqlarının bontirovkası



Yüklə 132,98 Kb.
səhifə65/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   61   62   63   64   65   66   67   68   ...   109
Torpaq coğrafiyaaı tam suallar

34. Azərbaycan torpaqlarının bontirovkası.

Torpaqların bonitirovkası – münbitliyinə görə torpaqların müqayisəli şəkildə keyfiyyətcə qiymətləndirilməsidir. O, torpaq kadastrının çox vacib tərkib hissəsidir. Torpaqların bonitirovkası aşağıdakı vəzifələri həyata keçirir: 1. Respublika, region, inzibati rayon, təsərrüfatlar səviyyəsində torpaqların və kənd təsərrüfatı yerlərinin (uqodiyaların) keyfiyyətinə görə müqayisəli şəkildə bal ilə ifadə olunmuş genetik-istehsal qiymətini tapmaq (ümumi bonitirovka); 2. Kənd təsərrüfatı bitkilərinin elmi əsaslarla yerləşdirilməsi məqsədilə torpaq sahələrini və əraziləri (taxılçılıq, pambıqçılıq, üzümçülük, çayçılıq, meşə, yay və qış otlaqları və digər sahələrin xüsusi bonitirovkası) müəyyən etmək; 3. Relyef, iqlim, torpaq şəraiti nəzərə alınmaqla kənd təsərrüfatında səmərələşdirici sistemlərin (dağ əkinçiliyi, aqromeşəmeliorasiya, eroziya əleyhinə meşə zolaqları və s.) layihələşdirilməsinə və tətbiqinə kömək etmək; 4. Kənd təsərrüfatına yararlı torpaqlara dəymiş ziyanın həcmini, həmçinin torpaq vergilərini və torpaqların normativ qiymətlərini hesablayarkən obyektiv göstərici kimi çıxış etmək; 5. Fermerlərə müxtəlif təbii xassəli torpaqlar üçün qısa və uzun müddətli istehsal planlarını tərtib etməkdə yardımçı olmaq.

Qeyd edək ki, torpaqların bonitirovkası torpaq kadastrı üçün ikili əhəmiyyətə malikdir; birincisi, o, müstəqil tədbir kimi torpaq kadastrının tərkibinə daxildir; ikincisi, torpaqların iqtisadi qiymətləndirilməsi zamanı torpaqların bonitet göstəriciləri torpaqların iqtisadi qiymətlərinin formalaşmasında bilavasitə iştirak etməklə onun obyektivliyini təmin edir. Qiymət meyarlarının seçilməsi.

Torpağın tərkib hissələri və torpaq-bitki arasında müvazinət qanununun olması, V.V.Dokuçayevin nəzərincə, torpaqların bonitirovkası ilə bağlı işləri asanlaşdırmışdır. Torpağın tərkib hissələri ilə kənd təsərrüfatı bitkiləri arasındakı korrelyativ asılılığın tədqiqi torpaq münbitliyinin onun bir çox əlamətlərindən asılı olduğunu göstərir. Lakin genezisinə görə müxtəlif olan bütün torpaqlar üçün məzmununa görə ümumi aparıcı genetik əlamətlər də vardır. Bu, ilk növbədə torpaqda humusun ehtiyatıdır. Respublikamızın müxtəlif təbii zonalarında aparılan tədqiqatlar humusun ümumi ehtiyatı (t/ha) ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında sıx korelyativ əlaqənin olmasını müəyyən etmişdir.

Torpaqların bonitirovkası zamanı çox vacib qiymət meyarı fosforun torpaqdakı ehtiyatıdır. Bu təsadüfi deyildir. Fosfor bitkinin qidalanmasında və fizioloji fəaliyyətinin təmin edilməsində çox əhəmiyyətli torpaq amilidir. Bitkinin orqanizmində gedən bütün mübadilə prosesləri tərkibindəki fosfor ilə əlaqədardır. Torpaqdakı fosforun çox hissəsi mineral formadadır. Üzvi formada olan fosfor əsasən humusun tərkibində toplanmışdır.



Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin