1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Biokimyəvi oksidləşmə konsepsiyası



Yüklə 132,98 Kb.
səhifə22/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   18   19   20   21   22   23   24   25   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Biokimyəvi oksidləşmə konsepsiyası keçən əsrin 30-cı illərində İ.V.Tyurin tərəfindən irəli sürülmüş, sonralar L.N.Aleksandrova tərəfindən inkişaf etdirilmişdir. Bu konsepsiyaya görə, humuslaşma - üzvi qalıqların parçalnması nəticəsində yaranmış aralıq yüksək molekulyar məhsulların xüsusi üzvi birləşmələr sinfinə - humus turşularına çevrilməsindən ibarət mürəkkəb bio-fiziki-kimyəvi prosesdir.

Humusəmələgəlmənin bioloji konsepsiyası ehtimal edir ki, humus maddələri müxtəlif mikroorqanizmlərin sintez fəaliyyətinin məhsuludur. Bu nöqteyi-nəzər ilk dəfə V.R.Vilyams tərəfindən irəli sürülmüşdür. V.R.Vilyams torpağın humus maddəsinin keyfiyyətcə müxtəlifliyini onların əmələ gəlməsində müxtəlif qrup mikroorqanizmlərin, ayrob və anayrob bakteriyaların, göbələklərin iştirakı ilə izah edir və humus maddələrinin müxtəlif qruplarına müxtəlif qrup mikroorqanizmlərin ekzoenizmləri kimi baxırdı. Sonrakı tədqiqatlarda eksperimental şəkildə tünd rəngli humusabənzər birləşmələrin müxtılif qrup mikroorqanizmlər tərəfindən sintez olunduğu sübuta yetirildi .


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin