Fiziki udma qabiliyyəti, K.K.Hedroysa görə, torpağın bərk hissəciklərinin səthində həllolmuş maddə molekullarının konsentrasiyasının dəyişməsindən ibarətdir.
Fiziki-kimyəvi udma qabliyyətinin mahiyyəti, K.K.Hedroysa görə, torpağın bərk fazadakı kationların bir hissəsini torpaq məhlulundakı ekvivalent miqdarda kationlarla dəyişmə qabliyyətidir. Bu udma qabiliyyəti üçün ekvivalentlik və tam dönərlilik səciyyəvidir. Kationların mübadiləsiz udulması əksər torpaq tiplərində müşahidə edilir və bütün kationlar üçün müəyyən dərəcədə səciyyəvidir. Kationların mübadiləsiz udulması yüksək humuslu torpaqlarda və ağır qranulometrik tərkibə malik torpaqlarda özünü daha qabarıq göstərir.