10. Turist axınının həcminin müəyyənləşdirilməsi Turizm kifayət qədər sosial-mədəni təzahürlə seçilən və elmi-araşdırma baxımından özünə spesifik diqqət tələb edən sa-hədir. Onun xarakterizə edilməsi, haqqında məlumatlandırma prosesinin qurulması mexanizmi və prosesi ilk növbədə məhs bu fəaliyyət sferasının mövcudluğu, tərkib xüsusiyyətləri və digər vacib şərtlərlə əlaqədardır. Turizm haqqında statistik araşdırma- nın təşkili ilk növbədə onun təzahür speesifikasından, növ və formalarından qaynaqlanmalıdır. Belə ki, turizm:
1. əhalinin geniş kütləsi üçün onların maddi imkanları ilə əlaqələndirilən fəaliyyətdir ki, burada da iqtisadi as- pektlər özünün əyani sürətdə biruzə verir,
2. birinci bəndə əlavə olara işgüzar (kommersiya) turizm istiqamətini xüsusi olaraq qeyd etmək lazımdır ki, bura- da da əsas məqsədlərdən biri digər şərtlərlə yanaşı özünün maliyyə vəziyyətini yaxşılaşdırmaq, bəlli za- man ifadəsində yeni iqtisadi layihələrin, alət və mexa- nizmlərin tətbiqini əlçatan etməkdir,
3. insanların səyahət etmək, yeni məkanlar "kəşv etmək", dünyagörüşünü artırmaq, elmi və digər istiqamətlərdə yeni biliklər qazanmaq istəyi ilə əlaqədardır ki, bu da sosial çaların mövcudluğuna dəlalət edir;
4. dini, psixoloji, sağlamlıq və digər baxımdan öz üzərində
mövcud olan "qüsurların" aradan qaldırılmasıdır;
5. "xidmətləri təklif edən xidmətlərdən istifadə edən" müstəvisində baxış və mənafelərin ifadə edildiyi apari- ci, geniş iştirakçı kütləsinə malik sferalardan biridir,
6. özündə təşkilatlanma, tənzimləmə, təklifetmə kimi icra istiqamətlərini birləşdirən, hasilat, təchizat, tədarük, re- allaşdırma və digər əlaqəli prosesləri birləşdirən xidmət sistemidir;
7. əsas istifadəçiləri turistlər olan, mühüm məqsədlərində istirahot, müalico, maarifləndirmə, kommersiya saha- sində irəliləyiş kimi maddələr birləşdirilən məcmular- dan biridir;
8. yerli turistlərin ölkədaxili və ölkə hüdudlarından kənar mokanlara səyahəti ilə yanaşı, xarici ölkə vətəndaşları- nin doğma Vətənimizə ziyarətini nəzərdə tutan bir fəaliyyət toplusudur və s.
Yuxarıdakı təsnifatda turizmin ən öndə gələn xarakter və xassələrinə aydınlıq gətirilsə də, bu sahədə sistemli və kompleks yanaşma bu sektorun çoxsaylı digər cəhətlərinə də aydınlıq gətirməlidir.