1. Turizm statistikasının vəzifələri haqqında anlayış


Müəyyənləşdirici əlamət. Əlamətin minimum və maksimum qiymətinin müəyyən edilməsi



Yüklə 52,72 Kb.
səhifə8/10
tarix06.12.2022
ölçüsü52,72 Kb.
#72629
1   2   3   4   5   6   7   8   9   10
nuquş

8. Müəyyənləşdirici əlamət. Əlamətin minimum və maksimum qiymətinin müəyyən edilməsi
Qruplaşdırmalar mühüm, müəyyənləşdirici əlamətlər əsasında aparılmalıdır. Qruplaşdırma əlaməti konkret şəraitdən və zaman-dan asılı olaraq seçilməlidir. Müasir şəraitdə turizm sahəsi sub-yektlərin sayına, satılan yollayışların həcminə, daxili və xarici turizm istiqamətlərinin göstəricilərinə əsasən bölgülər həyata keçirilir. Qruplaşdırma bir əlamət uzrə aparılarsa sadə qruplaşdırma adlanır. Sadə qruplaşdırma ilə bərabər, turizm hadisələrinin inki-şaf prosesini hərtərəfli öyrənmək üçün onlan iki və daha çox əlamət üzrə qruplaşdırmaq lazımdır. Qruplaşdırma əlaqədə götürülmüş iki və daha çox əlamət üzrə aparılarsa, ona mürək-kəb (kombinasiyalı, quraşıq) qruplaşdırma deyilir. Sadə növlə müqayisədə mürəkkəb qruplaşdırma daha geniş elmi təhlil xüsusiyyətinə malikdir. Belə ki, qruplaşdırma əlamətlərinin sayının artması araşdırma dairəsinə daxil olacaq qrupların sayına damüsbət mənada təsir edir. Qruplaşdırma əlamətləri atributiv (keyfiyyət) və kəmiyyət əlamətlərinə də bölünür. Kəmiyyətlə ifadə olunmayan və turizm hadisəsinin xassələrini, keyfiyyətini xarakterizə edən əlamətlərə atributiv əlamət deyilir. Onlar üzrə qrupların təşkili kəmiyyət əlamətlərinə nisbətən sadədir, çünki, atributiv əlamətlər üzrə qruplar əlamətlərin təbii xüsusiyyətlərinə müvafiq olaraq keyfiy-yətlərin, xüsusiyyətlərin siyahısı kimi təşkil edilir. Atributiv əlamətlər üzrə xüsusi işlənmiş və möhkəm qeydə alınmış qrup-laşdırmalar təsnifat adlanır. Variantı miqdarla ifadə olunan əlamətə kəmiyyət əlaməti deyilir. Onlar öz növbəsində diskretfasiləsiz əlamətlərə ay-rılır. Kəmiyyət əlaməti üzrə qruplaşdırma apararkən qrupların sayı qarşıda duran tədqiqatın vəzifəsindən asılı olaraq müəyyən edilir. Məsələn, turizm müəssisələri həcmlərinə (turist yerləşdir-mə imkanına) görə qruplaşdırarkən kəmiyyətcə fərqləndirilir.
Diskret əlamətləri üzrə qruplaşdırmanı təşkil etmək nisbə-tən çətin deyildir. Məsələn, turizm müəssisələrindəki işçilərin tarif dərəcələrinə görə qruplaşdırılmasında tarif dərəcələrinin sayı qədər qrup təşkil olunur. Bir çox hallarda kəmiyyət əlaməti üzrə qruplaşdırmada hadisənin bölgusünü necə aparmaq və qrupların sayını necə təşkil etmək məsələsi ortaya çıxır. Belə halda qruplaşdırmanı fasiləsiz kəmiyyət əlamətləri üzrə apa-rarkən elə etmək lazımdır ki, qrupların sayı lazımi miqdarda olsun. Bunun üçün əlamətin tərəddüd dərəcəsi və öyrənilən məcmudakı vahidlərin həcmi nəzərə alınmalıdır. Əlamətin tərəd-düd dərəcəsi yüksək olduqda qrupların sayı da çox olmalıdır. Bununla bərabar turizm statistikasının məcmusundakı vahidlər az olarsa o zaman qrupların sayı az, vahidlərin sayı çox olarsa, qrupların sayı çox olmalıdır. Qruplaşdırma zamanı hər bir qrupda kifayət qədər vahid olmalıdır, əks təqdirdə böyük ədədlər qanunun prinsiplərinə əməl edilmədiyi üçün qruplar üzrə çıxaracağımız nəticələr tu-rizm hadisəsini dəqiq, düzgün xarakterizə edə bilməz. Öyrənilən ictimai hadisənin mahiyyətini ətraflı təhlil və dərk etdikdən sonra qrupların sayını müəyyən etmək lazımdır.Kəmiyyət əlaməti üzrə qruplaşdırmanın mühüm məsələlə-rindən biri də fasilə həcminin, yəni əlamətin minimum və mak-simum qiymətlərini müəyyən etməkdir. Statistik məcmuda va-hidlərin bölgüsü xarakterindən asılı olaraq fasilələr bərabərqeyri-bərabər şəkildə müəyyən edilə bilər. Vahidlərin bölgüsü nisbi bərabər şəkildədirsə, bərabər fasilələr təşkil etmək məqsə-dəuyğun olar. Bərabər fasiləli qrupları təşkil etmək üçün fasilə kəmiyyəti müəyyən edilməlidir. Qruplaşdırma əlamətinin mak-simum qiymətindən minimum qiymətini çıxıb, alınan nəticəni təşkil ediləcək qrupların sayına bölsək fasilə kəmiyyətini müəy-yən etmiş olarıq.
Fasilələr qapalı və açıq ola bilər. Qapalı fasilələrdə qrupla-rın aşağı və yuxarı sərhədləri göstərilir. Açıq fasilələrdə ancaq ya aşağı, ya da yuxarı sərhəd göstərilir. Açıq fasilə ancaq birin-ci və axırıncı qruplarda verilə bilər.
Əlamətin qiyməti qeyri-bərabər və əhəmiyyətli dərəcədə dəyişkən olduqda, qeyri-bərabər fasiləli qruplar təşkil etmək la-zımdır. Turizm hadisələrinin müəyyən hissəsi qeyri-bərabər fasiləli qruplar şəklində təşkil olunurlar. Qeyri-bərabər fasiləli qruplar proqressiv artan və ya azalan hesabi və ya həndəsi proqres ilə təşkil oluna bilər. Fərz edək ki, turizm sahəsi subyektlərinin xidmət göstərilməsindən fərdi qay-dada əldə etdiyi illik gəlir həcmləri 90 min manatla 3 mln. ma-nat arasında dəyişir. Belə məlumatı qeyri-bərabər fasiləli qruplar üzrə təsnifləşdirmək məqsədəuyğundur, çünki xidmət göstəril-məsindən gəlir səviyyəsi az olan müəssisə sayı daha çoxdur.
Fasilələrin sərhəddini müəyyən edərkən nəzərə almaq la-zımdır ki, kəmiyyət əlamətinin dəyişməsi yeni keyfiyyətin əmə-lə gəlməsinə səbəb olur. Qeyri-bərabər qruplaşdırmada fasilələ-rin sərhədi elə müəyyən edilməlidir ki, kiçik, orta və iri subyekt-lər aydın görünsünlər. Belə qruplaşdırmada müxtəlif fəaliyyət növləri üçün fasilələrin sərhədləri differensiallaşdırılmış qaydada müəyyənləşdirilməlidir.
Statistika qruplaşdırmasının növləri. Turizm fəaliyyətinin qruplaşdırılması vasitəsi ilə çox vəzifələr icra olunur: sahə üzrə hadisə və proseslər tiplərə, qruplara ayrılır, onların quruluşu və onda baş vermiş dəyişikliklər müəyyənləşdirilir, hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqəni, həmçinin qrup-laşdırma vasitəsi ilə istehsalın iqtisadi səmərəliliyini və istifadə olunmamış ehtiyatları aşkar etmək mümkün olur və s. Vəzifələ-rinə uyğun olaraq qruplaşdırmanı aşağıdakı növlərə ayırmaq olar:

  1. tipik qruplaşdırma

  2. quruluş qruplaşdırması

  1. analitik qruplaşdırma

Statistik məcmunun tərkib və quruluş baxımından bircinsli hissələrə və ya ictimai-iqtisadi tiplərə ayrılmasına tipik qrup-laşdırma deyilir. Turizm müəssisələri inzibati-ərazi bölgüsünə, turist qəbuletmə gücünə, əsas və dövriyyə fondlarının həcminə, əmək göstəricilərinə və işçi kontingenti v s. yönlər baxımından qruplaşdırılır.
Quruluş qruplaşdırması turizm hadisələrinin quruluşunun
konkret məkan və zaman daxilində necə dəyişildiyini xarakte-rizə etməyə imkan verir. Quruluş qruplaşdırmasından xidmətin iqtisadi səmərəliliyinin tədqiqində, turizmdə baş verən hadisə və proseslərin quruluşunun və onda baş vermiş dəyişiliklərin öyrə-nilməsində geniş istifadə edilir. Quruluş qruplaşdırılmasında müəssisələrin istehsal fəaliyyətlərini təhlil etmək, onların işinə operativ rəhbərliyi təmin etmək, hasilat həcmini artırmaq məq-sədilə ehtiyatları aşkara çıxarmaq mümkündür.
Turizm hadisələri və onların əlamətləri arasındakı qarşı-lıqlı əlaqəni xarakterizə edən qruplaşdırmaya analitik qruplaş-dırma deyilir. Qarşılıqlı əlaqədə olan əlamətlər amilnəticə əlamətlərinə ayrılırlar. Əlamətin dəyişilməsinə səbəb olan əla-mətlərə amil əlamətləri, amil əlamətlərinin təsiri nəticəsində də-yişən əlamətə isə nəticə əlaməti deyilir. Məsələn, turizm sub-yektlərini əsas istehsal fondlarının həcminə görə qruplaşdırsaq və hər qrupa düşən məhsul (xidmət) həcmini müəyyən etsək, onda əsas istehsal fondları amil əlaməti, hər qrupa düşən məhsul həcmi isə nəticə əlaməti olar.


Yüklə 52,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin