4. Turizm statistikasının formalaşmasında nəzərə alınan sahə xüsusiyyətləri "Turizm statistikası" elminə olan ehtiyac öz növbəsində onun metod və metodologiyasının yaranması ilə müşayət olunur. Statistikanın metodoloji əsasını elmi sürətdə dərketmə və sosial falsafa nəzəriyyəsi təşkil edir. Yəni, turizm hadisələri statisti- kada qarşılıqlı əlaqə və asılılıqda, daim yeniləşmə və təkmilləş məkdə tədqiq olunur. Əgər haqqında bəhs olunan fikri izah et- mək istəsək, onun aparıcı istiqamətləri ilə bağlı düşüncələrəmizi bildirməliyik. İlk növbədə qeyd olunmalıdır ki, istər təbiətdə, istərsə də cəmiyyətdə xaotik (başlı-başına) və lokal (izola edil- miş) hadisə və ya proses yoxdur. Baş verən hərəkətlənmələrdə qarşılıqlı əlaqələndirmə və qarşılıqlı asılılıq mühiti mövcuddur ki, bu da elmi təməllərə meylliliyi ifadə edir. Yəni, istənilən, o cümlədən, turizm sferasına aidiyyatı ilə seçilən çoxsaylı və müxtəlif xassələrə malik hadisə və ya proseslərin elmi sürətdə dərk edilməsinin ibtidai bazası artıq mövcuddur, bu təməlin sistemli formalaşması və təkamülü üzərində isə ardıcil, marha- loli, kompleks fəaliyyəti özündə cəmləyən işlər mütəmadi olaraq aparılmaqdadır.
Digər tərəfdən "elmi dərketma" anlayışının kökündə də insan övadının elmə, ilk növbədə bəşəriyyətin elmlə silahlanma- sında bünövrə rolunu oynamış nəzəri fəlsəfi biliklərin mənim- sənilməsi və sonrakı tətbiqinə əsaslanan şuurlu fəaliyyət durur. Bu məzmun sosial fəlsəfə nəzəriyyəsinin mahiyyəti və əhəmiy- yətinə yeni, daha əhatəli və sistemli baxışı təmin etmiş olur.Turizm sferasının statistik araşdırmalarında tədqiqat mǝr- hələlərinin hər biri məzmun və həyata keçirilmə vaxtına görə farqlidir, onların hər birində tədqiqatın konkret obyektindən və məqsədindən asılı olaraq müxtəlif statistika metodları tədbiq edilə bilər.
Araşdırmanın əvvəlində informasiyanın toplanılması plan- laşdırılarkən onun öyrənilən obyektin nə kimi xarakter və xassə- lərinin vəziyyətinə aydınlıq gətiriləcəyi müəyyənləşdirilməlidir. Bu zaman əldə olunan xam statistika materiallarını dərk ediləcək şəklə salınmalıdır. Bu məqsədlə həmin informasiya məcmusu üzrə müxtəlif məqsədyönlü işlərin aparılması həyata keçirilir ki, bunların sırasında müəyyən əlamətlər üzrə bircinslı qruplar üzrə bölüşdürmə, informasiyanın sistemləşdirlməsi və yekunlaşdırıl- ması, zəruri təhlil əməliyyatlarının həyata keçirilməsi kimi işlər göstərilə bilər. Bundan sonra verilmiş hipotezlərin xüsusi göstə- ricilər vasitəsilə statistik yoxlanılması həyata keçirilməlidir.
Yaddan çıxarmaq olmaz ki, turizm sahəsinə aid hər bir statistik tədqiqatın nəticəsi öyrənilən əlaqəli hadisə və proseslər haqqında toplanan məlumatın tamlığından, düzgünlüyündən və vaxtında uçota alınmasından asılıdır.
Turizm sferasını əhatə edən həm iqtisadi, həm də sosial hadisə və proseslər haqqındakı statistik informasiyaya olan tələ- bat bazar iqtisadiyyatı şəraitində daha da artır. Belə ki, ilk növ- bədə ölkənin iqtisadiyyatının kəmiyyət və keyfiyyət parametrləri baxımından inkişafı, əhalinin sayı və tərkibi, onun alıcılıq qa biliyyəti və müxtəlif növ ödənişli və ödənişsiz xidmətlərdan ( cümlədən turizm xidmətlərindən) istifadə imkanları, əhalinin müxtəlif təbəqələrinin real sosial vəziyyətinin öyrənilməsi va onun müdafiəsi üzrə tədbirlərin işlənib hazırlanması, respublika da fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə, xüsusi sahib- karlara vergi qoyuluşu sisteminin təkmilləşdirilməsi üzrə ətraflı statistika məlumatı tələb olunur.