1. Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikası pedaqoji elm kimi


Kiçik yaş qrupunda kəmiyyətlər haqqında təsəvvürlərin formalaşma



Yüklə 340,27 Kb.
səhifə51/71
tarix13.06.2022
ölçüsü340,27 Kb.
#61347
1   ...   47   48   49   50   51   52   53   54   ...   71
riyazimtahansualları

42.Kiçik yaş qrupunda kəmiyyətlər haqqında təsəvvürlərin formalaşma
İkinci kişik yaş qrupları əşyaların xassələrini müstəqil ayırd edə bilmirlər. Ölçülərə görə fərqli əlamətləri yalnız “böyükdür”,”kiçikdir” sözləri ifadə edirlər. Ona görə də ilk məşğələlərdə çalışmaq lazımdır ki əşyaları bir ölçüsünə görə müqayisə edisin.Məsələn “uzundur-qısadır”” hündürdür alçaqdır” “genişdir dardır” “ qalındır nazikdir” “hündürlükləri eyndir -beraberdir”. Hər ölçünün müqayisəli şəkildı öyrənilməsinə 3-4 məşğələ həsr olunur.
Məsələn birinci məsələdə uzunluq haqqında təsəvvür yaratmaq istəyirsə onda yalnız uzunluqları müxtəlif olan iki eyni formalı eyni rəngli əşya nümayiş etdirməli və onun üzərində iş aparmalıyıq. Çalışmaq lazımdır ki nümayiş etdirilən eşyaların uzunluq fərqi 10-15 sm paylama materialında isə 5-6sm olsun.
Müqayisə zamanı əşyalar elə qoyulmalıdır ki yaxud əldə elə tutulmalıdır ki uşaqlar fərqi yaxşı müşahidə etsinlər. Əşyanın ölçüsünü nümayiş etdirərkən müəllim onun əl hərəkəti ilə göstərməlidir. r keçirməlidir ki uşaqlar əşyanın ölçüsünü başqa əşyanı ölçüsü ilə gözəyarı müqayisə edə bilsinlər məsələn tircik körpü rolunu oynayır onun üstündən maşın keçməlidi. Uşaqlar körpünün eni ilə maşının ölçüsünü müqayisə edirlər.” Maşın keçə bilərmi?” “nə üçün?”. Düzgün cavab vermək üçün uşaqlar üst-üstə qoyma priyomundan istifade edirlər.
Əşyaların uzunluqlarını enini və hündürlüklərini müqaisə etmək üçün üst-üstə qoyma yanaşı qoymaq priyomları öyrədilir . Bundan sonra ölçüləri bərabər olan əşyaların müqayisəsinə aid çalışmalar verilir. Uşaqlar müxtəlif uzunluqda olan çöplər tirciklər arasında uzunluqları eyni olanları tapır və yanaşı qoyurlar. Yığıla bilən oyuncaqlar və didaktik materiallar əsasında müxtəlif oyunlar keçirilir. Məsələn “Qüllə düzəlt” “Oyuncağı yığ” və.s.
43.Vaxt haqqında təsəvvürlərin formalaşması
Kiçik qrup
Vaxt anlayışının öyrədilməsi.
Bizi əhatə edən aləm hər vaxt mövcuddur. Vaxt anlayışı bizim şüurumuzdan asılı olmayaraq mövcuddur. Qavrayış və dərk etmə bizim şüurumuzda mövcud real vaxtın əks olunmasıdır.
Vaxt özünün bir neçə xüsusiyyətləri ilə: hərəkəti, onun geri qayıtması, əyani forması ilə səciyyələnir. O nə görünür, nə də eşidilir.
Vaxt nə keçmiş zamanda, nə indiki zamanda, nə də gələcək zamanda heç zaman yerini dəyişmir.
Psixoloqlar adətən məktəbəqədər yaşlı uşaqların zaman anlayışını çətin qavradığını qeyd edirlər. Bunun səbəblərindən biri vaxtın daimi bir istiqamətdə əbədi olaraq keçmişdən gələcəyə doğru axmasıdır. Vaxtın bu xüsusiyyətləri onun uşaqlar tərəfindən qavranılmasını çətinləşdirir.
Yuxarıda qeyd etdik ki, vaxtı görmək olmur, o, müxtəlif analizatorlar kompleksi ilə birlikdə hisslərlə qavranılır.
Gün dörd hissədən ibarətdir: səhər, gündüz, axşam, gecə. “ Məktəbəqədər təhsilin proqramı”nda vaxt anlayışı uşaqlara körpəlik qrupundan (2-3 yaş) öyrədilməyə başlanır. Körpələr sutkanın hissələrinin məzmununun, həmçinin onları əhatə edən yaşlıların həmin zaman aralıqlarındakı fəaliyyətlərinin dəyişməsi əsasında fərqləndirirlər.
Uşaqların gün ərzindəki fəaliyyəti ( səhər yuxudan durandan axşam yuxusuna qədər) sutkanın hissələri haqqında təsəvvürlərin formalaşması üçün real şərait yaradır.
Tərbiyəçi uşağın fəaliyyətinə aid zaman müddətini deyir və həmin müddətə uyğun fəaliyyət növlərini sadalayır.”İndi səhərdir. Biz səhər idmanı ilə məşğul olduq, yuyunduq, indi səhər yeməyinə başlayırıq”. Yaxud :”indi artıq gündüzdür. Tezliklə nahar edəcəyik”.
Sonra uşaqdan soruşurlar: “ Sən axşam nə edirsən?”, “Sən yuxudan nə vaxt durursan?” və s.
Tərbiyəçi uşaqlara onların fəaliyyətini əks etdirən illüstrasiyalardan istifadə edə bilər. İllüstrasiyalar elə olmalıdır ki, onlarda həmin vaxt müddəti üçün xarakterik olan əlamətlər aydın görünsün. Bundan sonra uşaqlar müxtəlif vaxt müddətində onların və böyüklərin məşğul olduqları işlər təsvir olunmuş şəkilləri seçirlər.
Beləliklə, səhər, gündüz, axşam, gecə sözləri tədriclə konkret məzmun, emosional rəngarənglik alır.

Yüklə 340,27 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin