59.Böyük yaş qrupunda elementar fəza təsəvvürlərinin formalaşması (müstəvidə səmtləşdirmə) Böyük qrupda fəzaya görə səmtləşmənin öyrədilməsi. Böyük qrupda sol və sağ əlləri bir-birindən ayırmaq, əşyaların özündən hansı tərəfdə olduğu yerin istiqamətini təyin etmək bacarığı möhkəmləndirilir. Bu məqsədlə “Tap görək kim harada dayanır!”, “Tap görək nə haradadır!” və s. oyun-çalışmaları verilir.
Orta qrupda olduğu kimi u.aqlar əks istiqamətləri ayırmaqda çalışırlar, lakin tapşırıqlar mürəkkəbləşdirilir. Bu onda ifadə olunur ki, təklif olunan əşyaların miqdarını artırırlar. Bu qrupda uşaqlar tədriclə onlardan daha uzaq məsafədə yerləşdirilmiş istənilən əşyaların olduğu yerin istiqamətini, səmtini müəyyən etməyi öyrənirlər.
Uşaqlara nəinki əşyaların onlardan hansı istiqamətdə olduqlarını təyin etməyi, həm də göstərilən situasiyaları müstəqil yaratmağı öyrədirlər: “Elə dayan ki, Lalə səndən qabaqda, Jalə isə səndən arxada qalsın!”, “Elə dayan ki, səndən solda stol, səndən sağda isə yazı taxtası olsun!”
Müstəvidə səmtləşmə.Böyük qrupda uşaqlar müstəvi üzərində səmtləşməyi öyrənməlidirlər.
Təlim ilinin əvvəlində riyaziyyat məşğələlərində uşaqlara əşyaları göstərilən qayda ilə düzməyi öyrədirlər: yuxarıdan aşağıya, yaxud aşağıdan yuxarıya, soldan sağa, yaxud sağdan sola və s.Müstəvi üzərində səmtləşməni daha da inkişaf etdirilməsinə uşaqlara kağız vərəqinin və ya cədvəlin ortasını, vərəqin yuxarı və aşağı, sol və sağ kənarlarını, vərəqin yuxarı sol və sağ künclərini, aşağı sol və sağ künclərini tapmaq bacarığını öyrətməyə xidmət edir.
Bu işə 3-4 məşğələnin əsas hissəsini həsr edirlər. Tərbiyəçi birinci məşğələdə cədvəli nümayiş etdirir və əşyaların vərəqə nəzərən düzülüşünü təsvir etmək nümunəsini verirlər. Uşaqlar nümunəni təsvir edirlər, yenidən düzəldirlər.
Daha sonralar onlara göstərişə görə hərəkət etməyi öyrədirlər, nümunəni isə tapşırıq yerinə yetirildukdən sonra göstərirlər. Nümunə indi özünənəzarət vasitəsi olur. Sonrakı məşğələdə tərbiyəçi uşaqlara əvvəlcə tapşırığı təkrar etməyi, sonra isə yerinə yetirməyi təklif edir.
Uşaqlar əşyaların kağız vərəqinə nəzərən vəziyyətini işarə etmək üçün dəqiq sözlər işlətməlidirlər. Ümumiyyətlə, müstəvidə səmtləşmə təsviri sənət məşğələlərində daha da möhkəmlənir.