57. Dermoid sistin ən informativ diaqnostik üsulu hansıdır?
A) Punksion
B) Barmaqla rektal müayinə
C) Angioqrafiya
D) Endoskopik
E) Rentgenoloji
58. Anadangəlmə lobar emfizema diaqnozunu təyin edərkən seçim müayinə üsulu hansı ola bilər?
A) Təsviri R-qrafiya
B) Bronxoskopiya
C) Bronxoqrafiya
D) Angiopulmonoqrafiya
E) Ağciyərin radioizotop müayinəsi
59. Anadangəlmə qısa yemək borusu diaqnozu təyin edilərkən daha informativ xüsusi müayinə üsulu hansıdır?
A) FEQDS
B) Yemək borusunun kontrast müayinəsi
C) pH-metriya
D) Sərt ezofaqoskopiya
E) Döş qəfəsi və qarın boşluğunun obzor R-qrafiyası
60. Yemək borusunun perforasiyası barədə məlumatı rentgenkontrast müayinə zamanı necə əldə etmək olar?
A) Arxası üstə
B) Sol böyür üstə
C) Ayaq üstə
D) Sağ böyür üstə
E) Qarın üstə uzunaraq
Dostları ilə paylaş: |