61. Yemək borusu dəliyinin dəbəliklərinin ən informativ diaqnoz üsulu hansıdır?
A) Rentgenkontrast müayinə
B) Rentgenskopiya
C) Ezofaqoskopiya
D) Fibroezofaqoskopiya
E) Kompüter tomoqrafiyası
62. Qastroezofaqeal reflüksun xarakterin yoxlamanın ən dürüst üsulu hansıdır?
A) Ezofaqoskopiya
B) Kompüter tomoqrafiyası
C) Manometriya
D) pH-metriya
E) Rentgenkontrast müayinə
63. Boynun yan fistulu zamanı daha informativ müayinə metodu hansıdır?
A) Fistuloqrafiya
B) Kompüter tomoqrafiya
C) Venoqrafiya
D) Ultrasəs müayinəsi
E) Obzor rentgenoqrafiya
64. 9 yaşında qız ayağı sürüşərək sağrısı üstə yerə dəymişdir. Qəbul şöbəsində baxanda budun yuxarı üçdə birində gözəçarpan deformasiya var. Palpasiya ağrılıdır və kripitasiya hiss olunur. Rentgenoloji müayinədə bud sümüyünün yuxarı 1/3 qəlpəli yerinidəyişən sınıq var. Rentgenoqrammada diqqəti çəkən vacib məqamlardan biri diafizdə olan sümük destruksiyası və sümüküstlüyünün laylanmasıdır. Təqribi diaqnozu formalaşdır?
A) Bud sümüyünün patoloji sınığı
B) Bud sümüyünün ostroxondropatiyası
C) Bud sümüyünün Yuninq sarkoması
D) Bud sümüyünün osteoblastoklastoması
E) Bud sümüyünün metafizar sınığı
65. Xəstənin vəziyyəti ağırdır, təngnəfəslik, yüksək hərarət, R-mda sağ ağciyər proyeksiyasında perifokal reaksiya ilə maye tərkibli boşluq müəyyən edilir. Diaqnoz hansıdır?
A) Ağciyərin absesi
B) Piotoraks
C) Piopnevmotoraks
D) Mediastenol emfizema
E) Ağciyərin bakterial destruksiyasının bulloz forması
66. R-mda döş qəfəsinin sağ yarısında torşəkilli kölgəliyin aşkar edilməsi nə ilə əlaqədardır?
A) «Plaşa bənzər» plevrit
B) Ağciyərin absesi
C) Ağciyərin bakterial destruksiyasının bulloz forması
D) Plevranın total empieması
E) Məhdudlaşdırılmış plevrit
67. Döş qəfəsinin R-mda divaryanı dəqiq konturlara malik kölgəliyin aşkar edilməsi nə ilə əlaqədardır?
A) «Plaşa bənzər» plevrit
B) Piopnevmotoraks
C) Plevranın total empieması
D) Ağciyərin bakterial destruksiyasının bulloz forması
E) Fibrinotoraks
Dostları ilə paylaş: |