47. Qarnın küt travması almış uşaqda perkutor olaraq qaraciyər kütlüyü itib. Sonrakı müayinə hansı olmalıdır?
A) USM
B) Qarın boşluğunun təsviri rentgenskopiyası
C) Angioqrafiya
D) Laparoskopiya
E) Laparosintez
48. Qarnından travma almış uşağın təsviri rentgenoskopiyasında qarın boşluğunda sərbəst qaz tapıldı. Ona hansı müayinə vacibdır?
A) Laparotomiya
B) Müşahidə
C) Laparoskopiya
D) USM
E) Laparosintez
49. Onikibarmaq bağırsağın peritonarxası sahəsinin partlamasına şübhə olduqda informativ müayinə üsulu hansı sayılır?
A) Qastroduodenoskopiya
B) Laparoskopiya
C) USM
D) Mədənin barium ilə müayinəsi
E) Təsviri rentgenoqrafiyası
50. 7 yaşlı uşağın qarın boşluğunu palpasiya edərkən kistoz törəmə əllənir. İlk növbədə hansı müayinədən başlamaq daha yaxşı olar?
A) USM-dən
B) Laparoskopiyadan
C) Narkoz altında qarnın palpasiyasından
D) Qarın boşluğunun təsviri rentgenskopiyasından
E) Venadaxili uroqrafiyadan
51. Anadangəlmə anusun daralması diaqnozu qoymaq üçün ən informativ üsul hansıdır?
A) Manual rektal müayinə
B) Rektoromanoskopiya
C) Yuxarıdakılar hamısı
D) Kolonoskopiya
E) Rentgenkontrast
Dostları ilə paylaş: |