35. Hirşprunq xəstəliyinin əsas obyektiv diaqnostika metodları hansılardır?
A) İrriqoqrafiya
B) Rektal miayinə
C) Kompüter tomoqrafiya
D) Pnevmoirriqoqrafiya
E) Hamısı
36. Düz bağırsağın atretiyasında rentgenoloji müayinə hansı vəziyyətdə aparılır?
A) Uzanmış vəziyyətdə obzor rentgenoqrafiya
B) Ayaqüstə obzor rentgenoqrafiya
C) Vangensten üsulu ilə rentgenoqrafiya
D) Yan proeksiyada rentgenqrafiya
E) Ön proeksiyada rentgenoqrafiya
37. Rentgen müayinəsi zamanı uşağın qamış sümüyünün yuxarı 3/1-də birincili xroniki osteomielit ocağı aşkar edilmişdir. Şikayəti yoxdur. Sizin taktikanız:
A) Təcili əməliyyat
B) Planlı əməliyyat
C) Dinamiki müşahidə
D) Osteotomiya
E) Skelet dartması
38. 6 yaşında qızda diplokokk peritonitinə şübhə var. Diaqnozu dəqiqləşdirmək üçün hansı müayinə aparıcı hesab olunur?
A) Cinsiyyət yolundan yaxmanın götürülməsi
B) Qanın ümumi analizi
C) Qanın biokimyəvi analizi
D) Sidiyin ümumi analizi
E) Ultrasəs müayinəsi
39. 6 yaşında oğlanın qarnı tez-tez ağrıyır, halsızdır, üzü şişkindir. Qarnında ağrı 6 saat əvvəl başlayıb. 2 dəfə qusub. Uşaq çapalayır, ağrıdan qışqırır, özünə yer tapa bilmir. Əli ilə qarnın sağ yarısını tutub. Kliniki əlamətlərə əsasən sağtərəfli böyrək sancısından şübhələnmək olar. Diaqnozu dəqiqləşdirmək üçün göstərilənlərdən hansı müayinəyə ehtiyac duyulmur ?
A) Laparoskopiya
B) Ultrasəs müayinəsi
C) Qanın ümumi analizi
D) Sidiyin ümumi analizi
E) Qarnın təsviri rentgenoqrafiyası.
Dostları ilə paylaş: |