25. Aşağıdakılardan hansında xaya qişasının punksiyası göstərişdir?
A) Xaya qişalarının gərgin hidropsu
B) Xayanın burulması
C) Orxoepididimit
D) Toxum ciyəsinin sisti
E) Xayanın idiopatik ödemi
26. Diafonoskopiya hansı halda göstərişdir?
A) Xaya qişalarının və toxum ciyəsinin hidropsu
B) Qasıq dəbəliyi
C) Boğulmuş qasıq-xayalıq dəbəliyi
D) Bud dəbəliyi
E) Xayanın burulması
27. Toxum ciyəsinin kəskin sisti üçün aşağıdakılardan hansı daha xarakterikdir?
A) Toxum ciyəsi nahiyəsində yumşaq elastik törəmənin olması və diafonoskopiyada toxum ciyəsi elementlərinin görünməsi
B) Xayanın xayalıqda olmaması
C) Qasıq nahiyəsində ağrı və hiperemiya
D) Xayalığın hiperemiyası
E) Narahatlıq, qusma və hərarətin qalxması
28. 7 yaşında uşaq qarnın sağ tərəfində olan ağrı və öyümə şikayətləri ilə stasionara qəbul olunmuşdur. Leykositoz 5,7x109/l. anamnezindən məlum olur ki, qarında belə ağrılar əvvəllər də bir neçə dəfə qeyd olunmuşdur. Müayinə nəticəsində kəskin appendisit diaqnozu inkar edilmişdir. Bu uşağın sonrakı müayinəsində sizin planınız?
A) Qarnın obzor rentgenoqrafiyası
B) Qastroduodenoskopiya
C) Barium horrası ilə MBT rentgenoqrafiyası
D) Ultrasəs müayinəsi
E) Kontrastlı MRT
29. Siz təcili yardım stansiyasının həkimi işləyirsiniz. Sizi 8 yaşlı uşağa baxmağa çağırıblar. Valideynlərinin deməsinə görə uşağın vəziyyəti qəflətən pisləşmişdir «kofe xıltı» ilə qusma olmuşdur. Palpasiyada qarın yumşaqdır, ağrısızdır. Dalağın böyüməsi müəyyən olunur. Sizin diaqnozu dəqiqləşdirmək üçün müayinə tədbirləriniz?
A) Qarın boşluğunun US müayinəsi
B) Qarın boşluğunun obzor rentgenoqrafiyası
C) Ezofoqoqastroduodenoskopiya
D) İrriqoqrafiya
E) Qanın ümumi analizi
30. Tam sağlam olan 5 aylıq uşaq qəflətən xəstələnib, narahat olub, ayaqlarını çırpıb, qusma olub. Qəbul şöbəsində baxışda uşaq şıltaqlıq edir, solğundur. Sizin diaqnozu dəqiqləşdirmək üçün müayinə üsullarınız?
A) Qanın ümumi analizi
B) Qarnın obzor rentgenoqrafiyası
C) Ultrasəs müayinəsi
D) Barium sulfat məhlulu ilə irriqoqrafiyası
E) Kolonoskopiya
Dostları ilə paylaş: |