71. Ağciyərin bronxlara açılan absesində optimal müalicə üsulu hansıdır?
A) Plevral boşluğun drenajı
B) Absesin punksiyası
C) Bronxun kateterizasiyası
D) Bronxoskopik sanasiya
E) Radikal əməliyyat
72. Destruksiyanın bulloz formasında (qeyri-gərgin bullalar) optimal müalicə üsulu hansıdır?
A) Bullanın punksiyası
B) Bronxoskopik drenaj
C) Ocağa müdaxilə etmədən intensiv terapiya
D) Plevral punksiya
E) Bullanın drenajı
73. Xəstənin ağciyərində iri həcmli bulloz törəmə, divararalığının yerdəyişməməsi qeyd edilir. Nə göstərişdir?
A) Bullanın drenajı
B) Ocağa müdaxilə etmədən intensiv terapiya
C) Bronxun kateterizasiyası
D) Bronxoskopik drenaj
E) Bullanın punksiyası
Dostları ilə paylaş: |