401. Polidaktiliya zamanı cərrahi müalicə nə vaxt məsləhət görülür?
A) Bir yaşında
B) 5 yaşından sonra
C) Uşağın birincı aylığında
D) 3 yaşa qədərki dövrdə
E) 3-5 yaş arası
402. 5-6 yaşlı uşağın “mil sümüyünün” başının çıxığı zamanı cərrahi müalicəyə nə göstərişdir?
A) Mil sümüyünün əyriliyi 40o-dən çox olması
B) Birbaşa göstərişdir
C) Ağrının olması
D) Hərəkət məhdudiyyəti və ağrıların olması (böyümə dövründən sonra)
E) Rotasion hərəkətlərinin məhdudluğu olduqda
403. Barmaqların sayının az olması ilə müşahidə olunan inkişaf qüsurlarını secin:
A) Ektrodaktiliya
B) Sindaktiliya
C) Polidaktiliya
D) Anadangəlmə amputasiya
E) Barmaqların anadangəlmə qısalığı
404. Anadangəlmə əyripəncəlik zamanı pəncənin patoloji yerləşməsi nələrdən ibarətdir?
A) Yaxınlaşmadan, supinasiya və pəncənin bükülməsindən
B) Yaxınlaşmadan, pronasiya və bayır bükülməsindən
C) Pəncənin ekvinus vəziyyətindən
D) Uzaqlaşmadan, supinasiya və pəncənin bükülməsindən
E) Yaxınlaşmadan, pronasiya və pəncənin orta vəziyyətdə fiksasiyasından
405. Bud-çanaq oynağının anadangəlmə çıxığının postnatal dövrün ilk ğünlərində daha çox ehtimal olunan hansıdır?
A) Dölün qeyri-düzgün,budların uzaqlaşmış vəziyyətində olması
B) Dölünayaq gəlişində (olunması) doğulması, aşağı ətrafların yaxınlaşmış olması
C) Hamiləliyin patologiyası
D) Bud-çanaq oynağın və ətraf toxumaların inkişaf qüsurları
E) Oynaq və ətraf toxumaların inkişafdan qalması
406. 6 aylıq uşaqda bud-çanaq oynağının sol tərəfli çıxığı diaqnozu qoyulub. Bu diaqnozu təsdiq etmək üçün siz hansı kliniki və rentgenoloji əlamətləri aşkar etməlisiniz?
A) Hamısını
B) Marks-Ortolani simptomunu
C) Ətrafın nisbi qısalmasını
D) Xarici rotasiyanı
E) Asetabulyar bucağın dərəcəsini
407. 2 yaşlı uşaq isti çay olan stəkanı aşırmış və əllərinin, üzün , döş qəfəsinin və qarnın ön divarının termiki yanığını almışdır. Sizin qospitalaqədər mərhələdə görəcəyiniz tədbirlər? Yanıq travmasının sahəsini və dərəcəsini təyin etmə üsulları? Bu mərhələdə nəyin edilməsi vacib deyil?
A) Bu mərhələdə yanıq sahəsini və dərəcəsini təyin etmək vacib deyil
B) Xəstənin əynindən paltarlarını soyundurmalı
C) Əllərini soyuq su kranı altına tutma
D) Yanıq sahəsinə novokain-furasillin sarğısı qoyma
E) Ağrıkəsici vurma
408. 11 yaşlı oğlan futbol oynayarkən yıxılmış və sağ dirsək oynağı nahiyəsində deformasiya baş vermişdir. Uşaq travmalı ətrafını sağlam əli ilə fiksə edərək hərəkəti məhtudlaşdırmışdır. Siz təcili yardım stansiyasının həkimisiniz. Sizin təqribi stasionara qədərki mərhələdə göstərdiyiniz təcili yardımın həcmi?
A) Ətrafı transport şinası ilə immobilizasiya etmək
B) Sağ yuxarı ətrafa Dezo sarğısı qoymaq
C) Ağrıkəsici vurmaq
D) Ətrafı arxa gips langeti ilə fiksə etmək
E) Ətrafı ləçəklə boynundan asmaq
Dostları ilə paylaş: |