409. Yenidoğulmuşda bud çıxığının daha dəqiq əlaməti hansıdır?
A) Marks-Ortolani simptomu (sürüşmə)
B) Aşağı ətrafın nisbi qısalması
C) Budun uzaqlaşdırılmasının məhdudlaşması
D) Sağrı büküşlərin asimmetriyası
E) Ayağın xaricə rotasiyası
410. Bud çıxığının konservativ müalicəsi hansı dövrdə başlanmalıdır?
A) Yenidoğulmuş dövrdə
B) 1-3 yaş arası
C) 1 yaşa qədər
D) Birinci yarımillikdə
E) Cərrahi müalicəyə göstərişdir
411. Budun anadandəlmə çıxığının sadə cərrahi müalicəsinə göstəriş hansıdır?
A) 1 yaşından yuxarı uşaqlarda, harda ki, eyni zamanda Lorens üsulu ilə aparılmış müalicə uğursuz olmuşdur.
B) 1 yaşdan yuxarı sirkə kasası inkişafdan qaldıqda
C) 2-8 yaş arası uşaqlarda çıxıq yerinə salınmadıqda, oynaq çuxuru formalaşıb bud sümüyü başı düzgün inkişaf etdikdə
D) Ancaq kicik yaşlarında (2 yaşa kimi) harda ki, konservativ müalicə aparılmayıb
E) 8 yaşdan yuxarı uşaqlarda bud sümüyünün başı inkişafdan qaldıqda
412. Anadandəlmə bud çıxıqlarını Vilenski şinası ilə müalicə etdikdə gətirici əzələlərin kontrakturasından ağrı vaxtında aşkar edilmədikdə hansı nəticələrə səbəb ola bilər?
A) Pəncələrdə qan dövranının pozulması
B) Şoka
C) Bud sümüyü başını aseptik nekrozuna
D) Bud sümüyünün burulması
E) Oynaq kapsulasının cırılması
Dostları ilə paylaş: |