565. Apofizeolizin ən çox rast gələn lokalizasiyası hansıdır?
A) Bazu epikondilusları
B) Bud kondilusları
C) Topuqlar
D) Qamış qabarı
E) Fəqərə çıxıntıları
566. İki yaşına qədər uşaqlarda bud sümüyünün yerdəyişən sınığında hansı müalicə üsulundan istifadə edirlər?
A) Şede üsulu ilə dəri dartması
B) Birmomentli əllə repozisiya
C) Skelet dartması
D) Intramedulyar osteosintez
E) Ekstramedulyar osteosintez
567. On yaşında uşaqda bud sümüyünün yerini dəyişən sınığında hansı müalicə üsulundan istifadə olunur?
A) Skelet dartması
B) Şede üsulu ilə dəri dartması
C) Birmomentli əllə repozisiya
D) Intramedulyar osteosintez
E) Ekstramedulyar osteosintez
568. Uşaqlarda sınıqların xüsusiyyətləri sümüyün hansı göstəricilərinə görə təyin olunur?
A) Sümüyün elastikliyi
B) Meniralizasiya
C) Sümüyün quruluşu
D) Oynağın quruluşu
E) Orqanizmdə suyun miqdarından
569. Bazu sümüyünün distal hissəsinin doğuş epifiziolozi üçün xarakter erkən rentgenoloji simptomlara hansıları aiddir?
A) Said sümüyünün və bazu sümüyünün proporsiyasının pozulması
B) Görünən sümük qabarı
C) Bazu sümüyünün metafizinin destruksiyası
D) Mil periostiti
E) Sümük ayrılmasının görünməsi
570. Bud sümüyü başının doğuş epifiziolozi zamanı doğuşdan sonra birinci saatda rasional müalicə tədbirlərinə nələr daxildir?
A) Qapalı düzəldilərək zədələnmiş ayağın daxilə rotasiyası və horizontal vəziyyətdə dartılaraq leykoplastrla dartılma
B) Açıq üsulla repozisiya
C) Blaunt üsulu
D) Qapalı üsulla repozisiya
E) Şede üsulu ilə dartma
571. Bud sümüyünün doğuş zamanı yerdəyişməyən sınığında optimal müalicə üsuluna daxildir?
A) Birmomentli qapalı repozisiya, sonra isə gips immobilizasiyası
B) Şede üsulu ilə dartma
C) Müalicə tələb olunmur
D) Açıq repozisiya, sonra isə gips immobilizasiyası
E) Blaunt üsulu ilə dartma
572. Körpücük sümüyünü doğuşdan sonra sınığına şübhə olmasına hansı əlamətlər aiddir?
A) Baxış zamanı ağrıya reaksiya
B) Hemiparez
C) Qan təchizatının pozulması
D) Bazu oynağında hematoma
E) Qəlpələrin kripitasiyası
573. Uşaqlarda diafizar sınıqlarda bucaqvari yerdəyişmənin buraxılan hüdudu hansıdır?
A) 10-15o
B) 5-10o
C) 15-20o
D) 20-30o
E) Hec biri
574. Bazu sümüyünün orta 1/3-nın doğuş zədələnməsi zamanı rasional müalicə üsuluna hansı aiddir?
A) Dezo sarğısı
B) Gips sarğısı
C) Bazunun 900 uzaqlaşdırmaqla torakobroxial gips sarğısı və saidin dirsəkdə 900 bükmək
D) Qolu uşağın bədəninə fiksasiya etmək
E) Leykoplastla dartmaq
575. Doğuşdan sonra kəllə-beyin travmasının ağırlığının meyyarlarına hansı daxildir?
A) Beyin qan dövranının pozulmasının dərəcəsi
B) Başda doğuş şişinin ölcüsü
C) Kefolohematomanın olması
D) Kəllə sümüklərinin sınığı
E) Kəllə sümüklərinin yerdəyişməsinin dərəcəsi
576. Doğuş zamanı kəllə sümüklərinin kompresion sınmasına görə müalicə taktikasına hansı daxildir?
A) Repazisiya üsulu ilə cərahi korreksiya
B) Kəllənin rezeksion trepanasiyası və allaplastikası
C) Kəllənin rezeksion trepanasiyası
D) Intensiv infuzion müalicə
E) Müalicə tələb edilmir
Dostları ilə paylaş: |