231. Kəskin hematogen osteomielitin erkən diaqnostikasında hansı üsul daha dürüstdür?
A) Sümükdaxili təzyiqin ölçülməsi
B) Osteofleboqrafiya
C) Yumşaq toxumaların diaqnostik punksiyası
D) Yaxmanın bakterioskopiyası
E) Elektrorentgenoqrafiya
232. Uşaqda ilkin-xroniki osteomielit ocağı qamış sümüyünün yuxarı 1/3-də olub, ağrı və hərarətin qalxması ilə dövrü kəskinləşmə verir. Xəstəyə hansı tədbir vacibdir?
A) Planlı əməliyyat
B) Təcili əməliyyat
C) Müşahidə
D) Antibiotikoterapiya
E) Diaqnostik punksiya
233. Rentgenoloji olaraq qamış sümüyünün yuxarı 1/3-də ilkin-xroniki osteomielit ocağı təyin edilmişdir. Şikayəti yoxdur, qan analizləri normada. Xəstəyə hansı tədbir məsləhətdir?
A) Müşahidə
B) Təcili əməliyyat
C) Planlı əməliyyat
D) Antibiotikoterapiya
E) Diaqnostik punksiya
234. Dörd yaşlı uşaqda budun aşağı 1/3-nin kəskin hemotogen osteomieliti ilə xəstəliyinin 2-ci sutkasında toxumaların punksiya zamanı İrin alınmadı. Hansı əməliyyat aparılmalıdır?
A) Yumşaq toxumaların kəsilməsi, osteoperforasiya
B) Dərinin kəsilməsi, osteoperforasiya
C) Yumşaq toxumaların kəsilməsi
D) Antibiotikoterapiya əzələdaxili
E) Venadaxili antibiotikin yeridilməsi
Dostları ilə paylaş: |