11 yaşlı oğlan uşağı kəskin xəstələnib: bədən temperaturunun 38°C qədər qalxması, sağ tərəfdə



Yüklə 461,04 Kb.
Pdf görüntüsü
səhifə49/69
tarix30.12.2021
ölçüsü461,04 Kb.
#49366
1   ...   45   46   47   48   49   50   51   52   ...   69
Klinik mesele

 

Suallar: 

1. Diaqnostika taktikası:Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır? 

2. Klinik diaqnoz nədir? 

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin. 



Cavablar: 

1. Bakterioloji (qan, nəcis) və seroloji müayinə 

2. İyersinoz, mədə-bağırsaq forması 

3. Antibiotikoterapiya (tetrasklin qrupu) 10 gün və ya gentamisin 40-60 mq/gün. NaCl+qlukoza 

v/d, antihistamin. 

 

Məsələ:38 

13 yaşlı qız son həftə ərzində zəiflik və tez yorulmadan, axırıncı iki gündə yuxululuqdan, baş 

gicəllənmədən şikayət edir, iki dəfə qısamüddətli huşunu itirməsi olub. Bütün həftə ərzində 

nəcisi çox tünd olub. 2,5 il ərzində xəstəni epiqastriyada lokalizasiya olunan səhərlər acqarına, 

yeməkdə uzunmüdətli fasilə zamanı, bəzən gücənmələr əmələ gələn qarında ağrılar narahat edir, 

ağrılar qida qəbulundan sonra keçir. Ağrı sindromları epizodları 2-3 həftə müddətində il ərzində 

3-4 dəfə olmaqla əmələ gəlib, tədricən öz-özünə itirdi. Həkimə müraciət etməyib. Dispeptik 

əlamətlərdən – gəyirmə, hərdənbir qızdırma. Uşaq, vaxtında doğulmuşdur, 2 aylığına kimi təbii 

qidalanıb. Həftədə 6 gün dərsi olan xüsusi təmayüllü məktəbdə oxuyur, həftədə 3 dəfə 

xoreoqrafiya ilə məşğul olur. Gün və qida rejiminə əməl edilmir. Ana 36 yaşında, qastriti var, ata 

38 yaşında – 12 barmaq bağırsağında xorası var, babasında (ana tərəfdən) – mədə xorası xəstəliyi 

var. 

Baxış zamanı: boyu-151 sm, bədən çəkisi – 40 kq. Uşaq süstdür, apatikdir, dəri dəri örtükləri və 



selikli qişaları kəskin avazımışdır. 

Ürək: ÜVS –dəqiqə 116 vurğu, zirvədə və Botkin nöqtəsində boyun damarlarına ötürülən 1-ci 

tonun çırpılması qeyd edilir. AT – 85/50 mm c.süt. 

Qarın böyüməyib, yumşaqdır, epiqastriyada və piloroduodenal nahiyədə dərin palpasiya zamanı 

mülayim ağrı var. 

Əlavə müayinələrin nəticələri: 

Qanın ümumi analizi: Er.-2,8x 1012/l, Hb.-72 q/l, rəng göst.-0,77, anizositoz, poykiloitoz, 

retikulosit-50%, Ht.-29 %, Leyk.-8,7x 10 19/l, çubuq -6%, seqment.-50%, eoz. -2%, limf.-34%, 

mon.-8%, EÇS -12 mm/s, Tromb. -390x 10 19/l; qanaxma vaxtı Duka görə - 60 san., laxtalanma 

vaxtı Suxarevə görə : başlanır – 1 dəq., bitir -2,5 dəq. 

Sidiyin ümumi analizi: rəng – samanı-sarı, səffaflıq – tamdır, xüsusi çəki – 1024, pH -6,0; zülal, 

şəkər –yox, epit. – plazmatik az miqdarda, leykosit – 2-3 q/s. 

Qanın biokimyəvi analizi: ümumi zülal -72 q/l, albumin – 55%, qlobulinlər: alfa- 6%, alfa 2-

10%, qamma – 16%, AST -34 V/L, ALT – 29 mkmol/l, qələvi fosfataza – 80 V/l (norma 70-

142), ümumi bilirubin – 16 mkmol/l, birləşmiş – 3mkmol/l, timol sınağı – 3vah., amilaza -68 V/l 

(norma 10-120), dəmir 7 mkmol/l. 

Nəcisin gizli qana reaksiyası: Qreqerson reaksiyası müsbət (+++). 

Daxil olarkən: Ezofaqoqastroduodenofibroskopiya: qısa borunun selikli qişası çəhrayıdır. 

Kardiya bağlanır. Mədənin selikli qişası qarışıq rəngli – cismdə və antral hissədə yastı 

qabarmalarla, antrumda ocaqlı hiperemiya və ödem. Soğanaq orta ölçüdə, nəzərə çarpan ödem və 

hiperemiya. Ön divarda çapıq 0,5 sm. Arxa divarında dərin dibli və nəzərə çarpan iltihab kənarı 



ilə yumru xora 1,5X1,7 sm. Xoranın dibindən bağırsağa axan qan qeyd olunur. Yerli hemostaz 

aparılıb. Ezofaqoqastroduodenofibroskopiya 2 gündən sonra: endoskopik şəkil dəyişməyib, 

xoradan qanaxma əlamətləri qeyd olunmur. Antral hissənin selikli qişasından HP biopsiya 

götürülüb. HP biopsiya testi (denol test): (+++). 

Qarın boşluğu orqanlarının ÜSM-si: qaraciyər böyüməyib, parenximası homogendir, exogenliyi 

adi, damarlar və axarlar genişlənməyib, peri-portal traktlar bərkiməyib. Öd kisəsi yumruvari 

(56x27 mm), orta /3 hissəsində əyrilik, möhtəviyyatı homogen, divarları qalınlaşmayıb. Mədənin 

daxili möhtəviyyatı heterogendir, divarları 3 mm qalınlaşıb. Mədəaltı vəz: baş 28 mm (norma 22 

mm), parenximasının exogenliyi artıb. 

Koaquloqramma: faktor VIII – 75 %, faktor IX -90%, trombositlərin ristosetinlə və ADF ilə 

aqreqasiyası dəyişməyib. 


Yüklə 461,04 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin