Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Cavablar:
1. Koaquloqramma (trombotest, rekalsifikasiya vaxtı, V,VII faktorların aktivliyi, antitrombin III
səviyyəsi, fibrinogen. Villebrant faktoru), DİK
2. Dəri, oynaq, abdominal simptomlarla gedən hemoragik vaskulit, kəskin gediş, aktivlik II
dərəcə.
3. Hərəkət aktivliyinin məhdudlaşdırılması, hippoallergen pəhriz, absorbent-kurantil 3-5
mg/kg/gün, heparin – 300 BV/kg/gün 4 dəfə 6 saatdan bir dəri altına, reopoliqlukin -10 ml/kg v/d
damcı ilə.
Məsələ:35
8 aylıq oğlan uşağı, tez-tez qaytarma, çəkinin zəif artımı, psixomator inkişafın geriliyi şikayəti ilə
xəstəxanaya daxil olub.
Anamnesis morbi: uşaq II hamiləlikdəndir. Erkən müddətdə düşük təhlükəsi olub. Doğulduqda
çəkisi 3700 qr, uzunluğu 52 sm olub. Uşaq doğulduqdan dərhal sonra anası kəndə gedib, bu günə
qədər pediatrın qəbulunda olmayıb. Hal-hazırda uşaq ana südü və yaşına uyğun əlavə qida qəbul
edir. 2 dəfə KRVİ keçirib, simptomatik müalicə alıb. pH-metriyanın nəticələri: qida borusunun
distal şöbəsində pH=1,4, refleksin müddəti 8 dəq. –burada refleks və ya reflyuks nəzərdə tutulur.
Dostları ilə paylaş: |