13. Misir Məhəmmədəlinin hakimiyyəti illərində


Məhəmmədəlinin xarici siyasəti



Yüklə 18,32 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü18,32 Kb.
#42037
1   2   3
yöş 13.sual

Məhəmmədəlinin xarici siyasəti .Misir qarşısında duran yeganə real vəzifə, despotik Osmanlı dövlətinin asılılığından qurtarmağa nail olmaq idi. Bu siyasət isə olduqca təhlükəli idi və buna Misir hazır deyildi. Amma sonralar istiqlaliyyət üçün məqam yetişdi və Məhəmmədəli Misiri Osmanlı dövlətinin tərkibindən qoparmağa müvəffəq oldu. Lakin hər halda tam istiqlaliyyət qazana bilmədi. O, diqqətini Misirdən xaricdəki yerləri işğal etməyə verib hərbi-iqtisadi qüvvələrini pərakəndə halına saldı. Türkiyə sultanının tapşırığı ilə Məhəmmədəli 1811-1818-ci illərdə Ərəbistan yarımadasında ərəblərə qarşı müharibə apardı. Bu zaman ərəblər Türkiyə zülmü əleyhinə vahabi dini-siyasi nəzəriyyəsi bayrağı altında geniş mübarizə aparırdılar. Beləliklə, Məhəmmədəli XIX əsrin əvvəllərində Osmanlıların təhriki ilə Sultan II Mahmud başda olmaqla, ərəb azadlıq hərəkatına ağır zərbələr vurdu. 1819-1823-cü illərdə Misir qoşunları Sudanın xeyli hissəsini fəth etdilər. Yenə də Sultan II Mahmudun tapşırığı ilə Məhəmmədəli 1823-1827-ci illərdə üsyan etmiş yunanlara qarşı müharibə apardı. Bu müharibə Navarində Misir donanmasının məhv edilməsi və Misir qoşunlarının Yunanıstandan çıxarılması ilə başa çatdı. Hərbi uğurlardan sonra Məhəmmədəli xeyli arxayınlaş-dı və 1831-ci ildə Məhəmmədəli Türkiyə sultanı ilə açıq mübarizəyə başladı. İki il yarımlıq vuruşmalardan sonra Məhəmmədəli Suriya və Kilikiyəni aldı. Lakin ilhaq edilən əyalətlər Məhəmmədəli üçün əbədi səadət deyil, üsyan və kütləvi itaətsizlik mənbəyi oldu. Suriya ərəbləri Məhəmmədəlinin oğlu İbrahimi əvvəllər xilaskar kimi qarşılasa da, lakin bir az sonra qoyulan yeni vergilər, orduya səfərbərlik, icbari əmək mükəlləfiyyəti, əhalinin tərksilah edilməsi xalqı Misir hakimlərindən çəkindirdi. Suriyada Misir əleyhinə üsyanlar başlandı. İngiltərə başda olmaqla Avropa dövlətlərinin yardım etdiyi Türkiyə ilə ikinci müharibə zamanı (1839-1840) suriyalıların güclü üsyanı İbrahimin ordusuna qəti zərbə vurdu və ona böyük tələfat verib Misrə geri çəkilməyə məcbur etdi. 1841-ci ildə Məhəmmədəli Sudandan başqa, işğal etdiyi bütün yerlərdə hakimiyyətini bərpa etdi. Amma onun ordusu 18 min nəfərədək azaldıldı. Məhəmmədəlinin hərbi məğlubiyyəti hərbi uğurlarından çox oldu. Məhəmmədəlinin məğlubiyyətinin ən mühüm səbəblərindən biri başqa ölkələrin ərəbləri ilə kəskin ixtilaf, yerli xalqlara etinasız yanaşma, hədsiz varlanma, tamahkarlıq və yerli xalqa yuxarıdan aşağı baxmaq idi.

Bütün bunların obyektiv nəticəsi idi ki, Məhəmmədəlinin xarici siyasəti müvəffəqiyyətsizliklə nəticələndi və yalnız bircə müsbət nəticəsi oldu ki, 1841-ci ildə Türkiyə Məhəmmədəlinin nəsli hakimiyyəti altında Misirin daxili muxtariyyətini tanıdı. Misir üzərində Türkiyənin hakimiyyəti qəti surətdə sarsıdı. Lakin Türkiyənin nəzarəti altından çıxan Misir Avropa dövlətlərinin asılılığına düşürdü. 1841-ci ildən sonra Avropa kapitalının Misrə soxulması qüvvətləndi. Xarici kapitalın sürətlə Misrə soxulması nəticələrindən biri də Misir sənayesinin dağılması oldu. Misir yarımmüstəmləkəyə, kapitalist dövlətlərin aqrar-xammal bazarına çevrilməsi ilə tərəqqi-nin son mərhələsi, yəni tənəzzül mərhələsinə daxil oldu.
Yüklə 18,32 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin