33.Ailənin sosial mahiyyəti Ailə elə çoxaspektli sosial qurumdur ki, sosiologiyanın bütün bölmələrində ondan bəhs olunması təəccüblü deyil. O, özündə sosial təşkilatın, sosial strukturun, institutun və kiçik qrupun xassələrini təcəssüm etdirir. Ailə sosiologiyası daha geniş problemlər dairəsinin - sosiallaşdırmanın, təhsilin, siyasətin və hüququn, əməyin, mədəniyyətin və s. öyrənilməsi predmetinə daxildir; o, sosial nəzarət və sosial nizamsızlıq, sosial mobillik, miqrasiya və demoqrafik dəyişikliklər proseslərini daha mükəmməl başa düşməyə imkan verir. İstehsal və istehlakın əksər sferalarında sosioloji tədqiqatlar ailəyə istinadsız mümkün deyildir. Ailəyə maraq geniş məzmunlu çoxfunksionallığın öyrənilməsində əlavə unikal vasitəçi roluna idrakı maraqla dəstəklənir; onun bir fenomen kimi sosiomədəni, sərhəd mahiyyətli, sosiumun istənilən konstruksiyalaşdırılması zamanı strukturların kəsişməsində, makro və mikroanalizin sərhəddində qərarlaşan təbiəti xüsusilə əhəmiyyətlidir.
Ailə sosietal proseslərin mikromühitin sosial davranışının nəticələrinə reduksiyasını həyata keçirmək və empirik yolla tədqiq olunan faktlarda qlobal səciyyəli problemləri müəyyənləşdirmək imkanlarına malikdir.
Bu baxımdan ailənin tərifləri onun universallığının müxtəlif görüntülərini ehtiva etməyə çalışmalı və burada, hər şeydən əvvəl, ailənin sosial instituta və sosial qrupa xas əlamətləri definisiyada toqquşmamalı, əksinə, üst-üstə düşməlidir. Ümumailə fəaliyyəti, yaxud ailə davranışı haqqında təsəvvürlərə müraciət edərkən, ailənin, nikahını və qohumluğun müxtəlif keyfiyyətli xüsusiyyətlərini birləşdirən qənaət-bəxş ailə defmisiyaları əldə etmək mümkündür.
Ailə yaradan münasibətlər kimi ailənin həyat fəaliyyətinin müxtəlif tərəflərini vurğulayan çoxsaylı ailə defınisiyaları mövcuddur (məsələn, ailə bir-birini sevən insanlar, yaxud ümumi əcdadları olan və ya bir yerdə yaşayan şəxslər qrupudur; ailənin əlamətlərinin əhatəli sıralanması da bu qəbildəndir). Əhalinin nəsilartırma meyarlarını və sosial-psixoloji tamlığını nəzərə alan ailə defınisiyaları arasında sosioloq A. Q. Xarçevin verdiyi tərifə görə, ailə həyat yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemi, üzvləri nikah və qohumluq əlaqələri, ümumi məişət və qarşılıqlı məsuliyyətlə birləşmiş, sosial vacibliyi, əhalinin fiziki və mənəvi artımına cəmiyyətin ehtiyacı ilə şərtlənən kiçik qrupdur.
Ailənin hüquqi əsası olan nikah kişi və qadın arasında əlaqələrin, birgəyaşayışın və seksual portnyorluğun, uşağın dünyaya gəlməsi ilə nəticələnən formalarının leqitim etirafı kimi çıxış edir. Ailənin mahiyyətinin daha dolğun anlaşılması üçün ailənin məkanda lokallaşmasını (yaşayış yeri, ev, mülkiyyət) və ailənin iqtisadi bünövrəsini - valideyn və uşaqların məhdud məişət və iaşə hüdudlarından kənara çıxan iqtisadi əsaslarını nəzərdə tutmaq lazımdır. Beləliklə, ailə ər-arvadlıq-valideynlik-qohumluq əlaqələri ilə bağlanmış və bununla əhali artımını və ailə ənənələrini, varisliyini, həmçinin uşaqların sosiallaşdırılmasını və ailə üzvlərinin mövcudluğunu təmin edən, vahid ümumailə fəaliyyətinə əsaslanan insan toplumudur. Yalnız ər-arvadlıq - valideynlik - qohumluq üçər münasibətlərinin varlığı ailənin yaradılmasından ciddi formada danışmağa imkan verir. Bu münasibətlərdən birinin, yaxud ikisinin olmaması haçansa məhz ailə olmuş qrupların fraqmentarlığını səciyyələndirir.