13.İctimai rəyin mahiyyəti


Nikah, onun möhkəmliyi və boşanma problemləri



Yüklə 70,4 Kb.
səhifə12/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   ...   8   9   10   11   12   13   14   15   ...   36
imtahan sualları

32.Nikah, onun möhkəmliyi və boşanma problemləri
Nikah - kişi ilə qadın arasında cəmiyyət tərəfindən təsdiqlənən və onların bir-birinə və onların uşaqlarına nəzərən hüquq və vəzifələrini tənzimləyən münasibətlər formasıdır.
Hüquqi baxımdan nikah - kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü, bərabərhüquqlu ittifaqıdır. Ölkəmizdə yalnız vətəndaşlıq aktlarının dövlət qeydiyyatı (VADQ) orqanlarında bağlanmış nikah etibarlı hesab olunur.
1 Əgər nikah ailənin əsası olmasaydı, o da dostluq kimi, qanunvericiliyin predmeti olmazdı.
2 Hal-hazırda nikahın bağlanması Azərbaycan Respublikasının Ailə məcəlləsi ilə tənzimlənir.
Nikahın bağlanması nikah davranışının, yəni məqsədi nikaha ehtiyacın ödənməsi olan davranışın, nikah tərəfdaşının seçilməsi ilə bağlı davranışın son mərhələsidir.
Nikah seçimi dedikdə, nəticə etibarilə mümkün mülki nikah tərəfdaşlarının məcmusundan (onu bəzən nikah dairəsi də adlandırırlar) bu və ya digər yolla hər bir konkret şəraitdə yeganə olan tərəfdaşın seçilməsi nəzərdə tutulur ki, o da ər (arvad) və ya birgə yaşanılacaq şəxs olur. Nikah seçimi prosesi tarixən konkret prosesdir. O, cəmiyyətdə mövcud olan iqtisadi, sosial, sosial-mədəni şəraitdən və digər şərtlərdən asılıdır. Nikah seçimi prosesinin əsas xüsusiyyətləri onunla bağlıdır ki, müxtəlif mədəniyyətlərdə və tarixi inkişafın müxtəlif mərhələlərində istər mümkün seçim imkanı, istərsə də fərdi seçim azadlığının dərəcəsi müxtəlifdir.
Boşanmanın səbəbləri barədə məsələ hələ də kifayət qədər dolğun öyrənilməmişdir. Boşanmanı sosial fenomen kimi ailə sosiologiyasının «boşanmanın sosiologiyası» adlanan bölməsi öyrənir. Bu elmin predmeti boşanma hərəkətləridir. Bu mövzu çərçivəsində boşanma hərəkətləri və boşanma amilləri barədə məsələni qısa şəkildə nəzərdən keçirməklə kifayətlənəcəyik.
Boşanmanın səviyyəsini müəyyən edən mühüm amillərdən biri ailə-nikah qanunvericiliyidir. Belə ki, XX əsrin əvvəllərində Azərbaycanda boşanmalar, məlum olduğu kimi, çox nadir hadisə idi. Məsələ heç də onda deyil ki, boşanma o zamankı əxlaq və sosial normalara zidd idi. O zaman qüvvədə olan qanunvericilik boşanmanın mümkünlüyünü kəskin şəkildə məhdudlaşdırırdı.
Boşanmaya ər-arvaddan birinin xahişi üzrə yalnız bir neçə müstəsna səbəb olduqda icazə verilirdi: ərin və ya arvadın zinakarlıq etdiyi və ya ərin (və ya arvadın) «nikahda cinsi əlaqəyə» qabil olmaması sübuta yetirildiyi halda; ər-arvaddan birinin cinayət məsuliyyətinə cəlb olunaraq ən azı üç il müddətinə azadlıqdan məhrum edilməsi halında; ər-arvaddan birinin xəbərsiz itkin düşmüş hesab edilməsi halında və s.
Boşanma amilləri arasında əsas yerlərdən birini demoqrafık və sosial-iqtisadi determinantlar tutur. Belə ki, ər-arvadın yaşı mühüm rol oynayır. Bu, demoqrafık dəyişən üç müxtəlif modifıkasiyada irəli çıxır: nikah bağlama yaşı, boşanma anındakı yaş, arvadlar və ərlərin yaşları arasındakı fərq. Birinciyə, yəni nikah bağlama yaşına gəlincə, tədqiqatlar göstərir ki, bu dəyişəndən asılı olaraq boşanmanın ehtimalı aşağıdakı kimi dəyişir: əvvəlcə o, çox cavan yaşlarda bağlanan nikahlara xas olan yüksək səviyyədən aşağı düşür, sonra isə yenidən ahıl yaşda bağlanan nikahlar üçün artır. Boşanmanın ən az ehtimalı maksimum nikah yaşlarında bağlanan nikahlarda müşahidə olunur. Boşanma anında yaş haqqında onu demək olar ki, boşanma Azərbaycanda 35-39 yaş intervalında maksimum həddə çatır. Təkcə 2005-ci ildə 1895 boşanmış ailələrin 1870-i və ya 21%-i 35-39 yaş hüdudundadır. Daha sonra isə tədricən 50-55 yaşdan yuxarı yaşlarda ən aşağı səviyyələrə qədər enir. Bu zaman maksimum boşanma ehtimalı yaşlı qadınlarda kişilərə nisbətən daha aşağıdır. Ərlə arvadın yaşları arasındakı böyük fərq boşanmanın ehtimalını artırır, bu zaman arvad ərdən yaşca böyük olduqda bu ehtimal daha yüksək olur.



Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin