31.Ailə və onun funksiyaları Ailənin funksiyalarından danışarkən yadda saxlamaq lazımdır ki, söhbət cəmiyyət səviyyəsində meydana çıxan, ümumi əhəmiyyətli nəticələrə malik olan və cəmiyyətin digər institutları sırasında ailənin rolunu sosial institut kimi müəyyənləşdirən milyonlarla ailənin həyat fəaliyyətinin sosietal nəticələrindən gedir.1 Vurğulamaq zəruridir ki, bu, onların həyata keçirilməsi üzrə ixtisaslaşmış institutlara sanki təhkim olunmuş cəmiyyət funksiyalarıdır. Bu səbəbdən də hər bir institutun öz təkrarsızlığını, profilini müəyyənləşdirən əsas funksiyaları vardır.
Ailənin funksiyalarını əsas və ikinci dərəcəlilərə bölmək olmaz, onların hamısı əsasdır, lakin ailəni digər institutlardan fərqləndirən funksiyaları seçmək zərurəti ailənin spesifik və qeyri-spesifik funksiyalarını vurğulamağa gətirib çıxarır. A. Q. Xarçevə görə, ailənin spesifik funksiyaları onun mahiyyətindən irəli gəlir və sosial hadisə kimi onun xüsusiyyətlərini əks etdirir, qeyri-spesifik funksiyalar isə müəyyən tarixi şəraitdə ailənin onları həyata keçirməyə məcbur olduğu, yaxud uyğunlaşdığı funksiyalardır. Ailənin doğum (reproduktiv funksiya), uşaqların himayəsi (ekzistensial funksiya), onların tərbiyəsi (sosiallaşdırma funksiyası) kimi spesifik funksiyaları cəmiyyətin bütün inkişaf mərhələrində qalır, hərçənd tarixin gedişində ailə və cəmiyyət arasındakı əlaqənin xarakteri dəyişikliklərə uğraya bilər.
İnsan cəmiyyəti daim əhali artımına ehtiyac duyduğundan, uşaqların doğumu və sosiallaşdırılmasının təşkilinin sosial forması kimi ailəyə sosial tələbat həmişə aktualdır. Bu həm də elə özünəməxsus formadadır ki, bu zaman həmin sosietal funksiyaların həyata keçirilməsi ailəvi həyat tərzinə fərdlərin şəxsi motivasiyası şərtilə, hər hansı xarici məcburiyyət və təzyiqsiz baş verir.
Ailə və uşaqlara şəxsi tələbat, nikah və ailəyə dair şəxsi arzu və meyl çox mühüm şərtdir. Bu o deməkdir ki, ailə və cəmiyyətin mövcudluğu yalnız milyonlarla insanın ailəvi həyat tərzi və uşaqlara tələbatı ilə şərtlənir, həm də yalnız bu səbəbdən əhalinin artımı baş verir. Əhali artımının sosial təşkilini insanların şəxsi motivlərinə deyil, təhrikə əsaslanan digər formalarını ağıla gətirmək, təsəvvür etmək mümkün olsa da, bu formalar artıq ənənəvi sosial-mədəni mənada tarixdən məlum olan bütün ailə tiplərinə alternativ ailə sayıla bilməz.