13.İctimai rəyin mahiyyəti



Yüklə 70,4 Kb.
səhifə19/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   ...   15   16   17   18   19   20   21   22   ...   36
imtahan sualları

41.Sosial nəzarət metodları
Cəmiyyətin, sosial qrupların, müxtəlif sosial təşkilatların sabitliyi belə sosial təşəkküllərin üzvlərinin optimal qarşılıqh təsirlərini təmin edən xüsusi mexanizmin - sosial nəzarət mexanizminin xarakterindən və səmərəliliyindən asılıdır. İnsanların bu cür təşəkküllərdə birləşməsi iki prinsipial məqamın təsiri altında baş verir.
Birincisi, obyektiv amildir. Bəşəri mövcüdluğun fundamental tələbatları sosial praktikanın müxtəlif növlərinin həyata keçirilməsi prosesində səylərin, hərəkətlərin birləşdirilməsini, əlaqələndirilməsini zəruri edir. Bu amilin reallaşması labüddür; onun dərk olunub-olunmaması labüdlüyü aradan qaldırmır.
İkincisi, subyektiv amildir. Bu, müxtəlif sosial praktika növlərinə, sosial təşkilat formalarına cəlb olunmuş, qoşulmuş insanlar sayəsində kəsb edilən mənadır, xarakterdir.
Qeyd edilən hər iki amilə müvafiq surətdə istənilən sosial təşkilata xas olan nəzarət mexanizmindən bəhs etmək mümkündür. Bu mexanizm fərdləri ictimai, ümumqrup məqsədlərinə tabe edir, cəmiyyət hüdudlarında onların birliyini qoruyub saxlayır; sosial dəyərlərdən və normalardan ibarət olan spesefık sistem tətbiq edir, onu müdafiə edir, həmin normaların qrup, cəmiyyət üzvləri tərəfindən mənimsənilməsini təmin edir, onlara riayət olunmasını mükafatlandırır, onların tələblərindən kənara çıxma hallarının qarşısını alır. Sosial nəzarət mexanizminin mənası və əsas funksiyası da bundadır. Sosial təşəkküllərin, strukturların obyektiv-subyektiv xarakteri məhz burada təzahür edir. Sosial nəzarət obyektiv cəhət kimi çıxış edir: o, istənilən sosial təşəkkülün labüd surətdə meydana çıxan elementidir. Sosial nəzarət həm də şüurlu surətdə formalaşdırılmış, tətbiq olunmuş, qərarlaşmış formadır. Söhbət birinci halda qeyri-formal, ikinci halda isə formal sosial nəzarət haqqında gedir.


42.Sosial nəzarətin məzmunu və funksiyaları
Bəzi mənbələrdə sosial nəzarətin sabitləşdirici və məqsədli funksiyalarından bəhs edilir. Zənnimizcə, ikinci funksiya dəqiq ifadə olunmamışdır. Əslində məqsədlilik sosial nəzarətin bütün təzahürlərinə, növlərinə xas olmaqla onun istiqamətini səciyyələndirir.
Bundan əlavə, məqsədlilik sabitləşdirici funksiyanın məzmununu da əhəmiyyətli dərəcədə ifadə edir. Bəzi mənbələrdə isə sosial nəzarətin mühafizəedici və sabitləşdirici funksiyaları göstərilir. Zənnimizcə, məsələnin belə qoyuluşu daha məntiqlidir. Ona görə də bu funksiyaları bir qədər müfəssəl nəzərdən keçirək.
Sosial nəzarətin mühafızəedici funksiyası məlum sistemin tarixən şərtlənmiş sosial-iqtisadi, sosial-siyasi, sosial-hüquqi xarakteristikalarından, onun tarixi inkişaf prosesində yerindən asılıdır. Sosial nəzarətin sabitləşdirici funksiyası isə hökmran sosial münasibətlərin, sosial strukturların (qrup, sinif, dövlət) təkrar istehsalında təzahür edir.
Sosial nəzarətin hər iki funksiyası bir-biri ilə sıx bağlıdır, bir-birini qarşılıqlı surətdə tamamlayır. Bu əlaqəni aydın təsəvvür etmək üçün belə bir sadə misala müraciət edək. Cəmiyyətdə sosial nəzarət sistemi vətəndaşların hüquqlarının reallaşmasını təmin edirsə, deməli, onların hüquqları qorunur, mühafizə edilir. Hüquqların qorunması isə cəmiyyətin sabitliyini təmin edən çox mühüm amillərdən biridir. Sabitlik möhkəmləndikcə hüquqlar daha da dolğunlaşmaq, real məzmun kəsb etmək imkanı qazanır.
Məlum olduğu kimi, hüquqlar müvafıq vəzifələrdən ayrılmazdır. Hüquqlar insanın nə edə biləcəyini müəyyənləşdirirsə, vəzifələr onun nə etməli olduğunu ifadə edir. Həm hüquqlar, həm də vəzifələr insanın davranışını müəyyən hüdudlarla məhdudlaşdırır. Hüquq vəzifəni, vəzifə isə hüququ nəzərdə tutur. Onlar birbirindən ayrı düşəndə sosial struktur deformasiyaya uğrayır. Məsələn, qədim dünyada qulun statusu ancaq vəzifələri nəzərdə tuturdu; onun demək olar ki, heç bir hüququ yox idi. Totaliar cəmiyyətlərdə hüquqlarla vəzifələr qeyri-simmetrikdir: belə ki, hökmdarın və yüksək vəzifəli şəxslərin hüquqları maksimum həddədir, vəzifələri isə minimum həddədir. Demokratik cəmiyyətlərdə isə hüquq və vəzifələr daha çoz simmetrikdir. Araşdırmalara əsasən demək olar ki, sosial strukturda hüquq və vəzifələrin nisbəti cəmiyyətin inkişaf səviyyəsinə fəal təsir göstərən amildir. Hüquqlar əslində «bəşəriyyətin sivilizasiya yolu ilə uzunmüddətli və mürəkkəb hərəkətinin nəticəsidir». Bu prosesdə vəzifələr də dəyişilmiş, yeni məzmun kəsb etmişdir.
Sosial nəzarət elə xüsusi mexanizmdir ki, o, hakimiyyət səlahiyyətlərindən istifadə etməklə ictimai nizamı təmin edir. Bu, çox mürəkkəb, çoxşaxəli bir prosesdir. Həmin prosesin normal cərəyanı hakimiyyətlə yanaşı, sosial normalara, sanksiyalara möhtacdır.


Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin