13.İctimai rəyin mahiyyəti



Yüklə 70,4 Kb.
səhifə18/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   ...   14   15   16   17   18   19   20   21   ...   36
imtahan sualları

39.Dinin funksiyaları
Aparılmış sosioloji tədqiqatların nəticələrinə əsasən qeyd etmək olar ki, dinin xalqın mədəniyyətinə, adət və ənənələrinə nüfuzu insanların daha geniş dairəsinin dini fəaliyyətdə iştirakına səbəb olur. Onlar bu fəaliyyəti öz milli mədəniyyətinin, adət və ənənələrinin müəyyən hissəsi kimi qiymətləndirirlər.
Dərin tarixi kökləri olan din insanların həyat tərzinə nüfuz edərək, onların milli xüsusiyyətlərinin formalaşmasında böyük rol oynamış, digər sosial institutlara fəal təsir göstərmişdir. Din müxtəlif funksiyalar yerinə yetirir. Bunlar müxtəlif mənbələrdə bir-birindən fərqli göstərilir. Aşağıdakı funksiyalardan bəhs etmək olar:
a) Dünyagörüşü funksiyası. Din gerçəkliyi spesifik şəkildə əks etdirir, fövqəltəbii qüvvələrin və varlıqların real surətdə mövcudluğunu etiraf edir.
b) Tənzimedici funksiya. Din müəyyən dəyərlər və normalar sistemi işləyib hazırlamışdır; həmin sistem insanların davranışını motivləşdirir və tənzimləyir.
c) Kommunikativ funksiya. Bu funksiya kult və kultdankənar fəaliyyət prosesində ünsiyyətdə təzahür edir.
ç) İnteqrasiyaedici, mühafizəedici funksiya. Din müxtəlif birliklər səviyyəsində inteqrasiyanı təmin edə bilər, bu və ya digər ictimai amilin sabitliyini qoruya bilər.
d) Kompensasiyaedici funksiya. İnsanın təbii və ictimai qüvvələr qarşısında real acizliyi, imkansızlığı tam aşkara çıxdıqda din onu xeyli dərəcədə yumşalda bilən, kompensasiya edən vasitə kimi çıxış edir.


40.Dinin mahiyyəti və strukturu
Dinin sosial mahiyyəti və təbiəti barəsində təlim dinin sosioloji nəzəriyyəsinin əsasını təşkil edir. Din xüsusi təsəvvürlərin, etiqadların sistemidir. Bu təsəvvürlər, etiqadlar həmişə emosional yaşantılarla, hisslərlə və xüsusi dini - kult fəaliyyəti ilə, habelə dini təşkilatla (məbədlər, kultu icra edənlər - ruhanilər, dindarlar) müşayiət olunur. Bundan əlavə, adətən dində mənəvi-etik normaların və tapşırıqların müəyyən toplusu da öz əksini tapır. Göründüyü kimi, din müxtəlif ünsürlərin mürəkkəb kompleksi kimi çıxış edir. Bu kompleksdə etiqadlar və emosional yaşantılar mərkəzi yer tutur.
Qərbdə dinin sosiologiyasının baniləri E. Dürkheym və M. Veber hesab olunur. Dinin «kollektiv təsəvvür» kimi funksional baxımdan öyrənilməsi ənənəsi Dürkheymlə bağlıdır. Dürkheymə görə, din cəmiyyətin sıx birləşməsinin, fərdlə sosial bütöv arasında əlaqələrin qərarlaşmasının əsas vasitəsidir. M. Veberlə bağlı olan ənənə isə dini hər şeydən əvvəl sosial fəaliyyətin motivi kimi şərh edir, bu və ya digər ictimai dəyişiklik prosesində onun rolunu aşkara çıxarır.
Din dini ideyaları, təsisatları, təşkilatları, insanların dini fəaliyyətində meydana gələn münasibətləri əhatə edir. Ona görə də dinin strukturunu üç başlıca komponentdən ibarət olan sistem kimi təsəvvür etmək olar: dini şüur, dini fəaliyyət, dini təşkilatlar. Dini şüur ictimai şüurun spesifık formasıdır; Dini şüur nisbi müstəqilliyə malikdir, onun öz inkişaf məntiqi vardır. O, dini ideologiyanı və psixologiyanı əhatə edir. Dini ideologiya ən əvvəl din fəlsəfəsini nəzərdə tutur. Din fəlsəfəsi dünya, təbiət, cəmiyyət və insan haqqında dini müddəaların məcmusu kimi çıxış edir. Dini ideologiya din fəlsəfəsi ilə yanaşı teologiyanı və dini istiqamətli müxtəlif cür iqtisadi, siyasi, hüquqi nəzəriyyələri özündə birləşdirir. Dini psixologiya isə dini nümunələrin, ideyaların, təsəvvürlərin, emosiyaların, əhval-ruhiyyələrin və s. spesifik sintezidir.
Dini psixologiyanın varisliyində adət və ənənələrin rolu böyükdür. Yeri gəlmişkən qeyd edək ki, dini şüurun hər iki səviyyəsi (ideologiya və psixologiya) qarşılıqlı surətdə bir - birinə təsir göstərir. Mütəxəssislər bu təsir prosesində dini psixologiyanın aparıcı, müəyyənedici rolunu qeyd edirlər.

Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin